Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Sep 2025 Konfranslar Konfranslar

ELM VƏ TƏHSİL NAZİRLİYİ RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ”nə HƏSR OLUNMUŞ “HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB.

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrdən alimlər, ekspertlər və mütəxəssislər iştirak edərək hərbi münaqişələrin ekoloji nəticələri, təbii resursların çirklənməsi, radioaktiv risklər və bərpa proseslərinin elmi əsasları barədə müzakirələr aparıblar


Konfransın giriş sözünü AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev söyləyiblər. Çıxışlarda ekoloji təhlükəsizlik məsələlərinin müasir dövrdə qlobal əhəmiyyət kəsb etdiyi, hərbi münaqişələrin yaratdığı ekoloji fəsadların öyrənilməsinin və qarşısının alınmasının vacibliyi vurğulanıb.


Tədbirdə Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Yerin radioaktiv sahələri şöbəsinin əməkdaşı Ceyhun Cumayev məruzə ilə çıxış edib. O, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan radioekoloji tədqiqatların nəticələrini təqdim edib. Bildirib ki, uzunmüddətli hərbi fəaliyyət və atılmış sursat qalıqları bölgələrin ekoloji tarazlığına təsir göstərib, bəzi ərazilərdə radioaktiv fonun yüksəlməsi müşahidə olunub. Bu baxımdan, müasir radioekoloji monitorinq işlərinin davam etdirilməsinin zəruriliyi qeyd edilib.


Konfransın “Hərbi münaqişələrdə radioekoloji risklər” bölməsinə Geologiya və Geofizika İnstitutunun “Yerin radioaktiv sahələri” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev sədrlik edib. Bölmədə hərbi münaqişələrin radioekoloji nəticələri və onların uzunmüddətli fəsadları ətraflı şəkildə müzakirə olunub.


Konfransın bağlanış tədbiri Qarabağa təşkil olunan tematik tur və Qarabağ Dövlət Universitetinə ziyarət ilə yekunlaşıb. Burada iştirakçılar azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, həmçinin yeni elm və təhsil imkanları ilə yaxından tanış olublar.

ELM VƏ TƏHSİL NAZİRLİYİ RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ”nə HƏSR OLUNMUŞ “HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB.
ELM VƏ TƏHSİL NAZİRLİYİ RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTUNDA “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ”nə HƏSR OLUNMUŞ “HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB.
next
next