Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 May 2025 Konfranslar Konfranslar

GGİ ƏMƏKDAŞLARI TRABZONDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİBLƏR

Türkiyənin Trabzon şəhərində Təhsil və Elm üzrə Beynəlxalq Tədqiqat Cəmiyyəti (ISRES) və Qaziantep Universiteti tərəfindən tədqiqatçıların  bilik və təcrübə mübadiləsi üçün  multidisiplinar beynəlxalq elmi-praktiki konfrans keçirilib.


Tədbirdə Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi  Aynur Zamanova və böyük elmi işçi Günel Sadıqova iştirak ediblər. “Mühəndislik və Texnologiya üzrə V Beynəlxalq Konfransda (5th International Conference on Basic Sciences, Engineering and Technology (ICBASET-2025))”-də Aynur Zamanova  “Digital analysis of gravity data of the Absheron Peninsula”, Günel Sadıqova  “3D Interpretation of Gravity Anomalies in the Potentially Promising Oil and Gas Region of Ajinohur” mövzusunda çıxış edib.


Beynəlxalq  konfrans 6 müxtəlif elmi istiqamətdə yeni nəticələr haqqında əsas məqamları əhatə edib. İngilis dilində təqdim olunan və dərc olunmaq üçün uyğun hesab edilən bütün məqalələr  Scopus bazasına daxil olan Eurasia Proceedings of Science, Technology, Engineering & Mathematics (EPSTEM)  ( www.epstem.net ) jurnalında dərc olunacaq.