Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ƏMƏKDAŞI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİR
GGİ “Seysmologiya və seysmik təhlükənin qimətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi doktorant Tural Babayev Asiya Seysmoloji Komissiyasının 15-ci Baş Assambleyasında (Asian Seismological Commission 15th General Assembly) iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərinə ezam olunub.
İclas Asiya Seysmoloji Komissiyasının və Ankara Universitetinin birgə təşkilatçılığı ilə reallaşan tədbir dünyanın bir çox yerindən (İtaliya, Yaponiya, ABŞ, Böyük Britaniya, Çin, İran və s.) nüfuzlu alimlərin iştirakı ilə davam edir.
Konfransda seysmologiyaya aid 17 istiqamətdə tədqiqat seksiyaları mövcuddur. “Yaxın zamanlarda baş vermiş qlobal fəlakət hadisələri”, “Seysmoloji tədqiqatlarda süni intellekt”, “Seysmik təhlükənin qiymətləndirilməsi” və s. kimi seksiyalar konfransın istiqamətlərinə nümunədir.
Tural Babayev tədbirin “Seysmik Təhlükənin Qiymətləndirilməsi: Yer Hərəkəti, Risk və Metodologiyalar (Seismic Hazard Assessment: Ground Motion, Risk, and Methodologies)” seksiyasında “Seysmik təhlükənin qiymətləndirilməsində uzaq və daha uzaq ssenar zəlzələlər (Far and remote scenario earthquakes in seismic hazard assessment)” mövzusu ilə noyabr ayının 4-də çıxış edib. O, Assambleya müddətində ərazi xarakteristikası, qrunt hərəkətinin simulyasiyası, seysmik məlumatların emalı, dalğa formalarının inversiyası istiqamətlərində təlimlərdə, eləcə də bu istiqamətlərdə bir sıra tədbirlərdə fəallıına sertifikatla təltif olunub.
Asiya Seysmoloji Komissiyasının 15-ci Baş Assambleyası noyabrın 7-də başa çatacaq.