Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Oct 2024 İclaslar İclaslar

GGİ-nin ELMİ ŞURA İCLASINDA BİR SIRA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.Tədbirin gündəliyi təsdiq edildikdən sonra baş direktor akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun Ali Attestasiya Komissiyası tərəfindən 001 sıra nömrəsilə akkreditasiyadan keçirildiyini bu elm ocağının  90 illik fəaliyyət tarixində ən önəmli hadisə kimi xarakterizə edib. A.Əlizadə bildirib ki, akkreditasiya şəhadətnaməsi fədakar alim və mütəxəssislərin zəhmətinə verilən qiymətdir, eyni zamanda da kollektivin daha məsuliyyətlə işləməyə çağırış sənədidir.


GGİ-nin baş direktoru sonra illik hesabata hazırlığın  gedişatı, yekun işlərin təqdimatında vacib məqamlara və bu istiqamətdə vacib olan digər məsələlərə toxunub.


T.e.n. Dilguşa Mirzəyeva iclasın gündəliyinə uyğun olaraq Dissertasiya şurasının fəaliyyəti haqqında məlumat təqdim edib.Bildirib ki, ötən dövr ərzində kollokvium dörd iddiaçı ilə bağlı rəy bildirib. Akademik Əkpər Feyzullayev isə İnstitutun Mütəxəssislər şurası- kollokviumun fəaliyyəti haqqında maraqlı yanaşmalarını və təkliflərini səsləndirib.


“Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri,  g-m.e.n. Samir Məmmədov MMC-nin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, MMC-nin səriştəli fəaliyyəti, bağlanmış 4 müqavilənin intizamlı icrası  sayəsində İnstitutun hesabına köçürülmüş maliyyə vəsaiti əməkdaşların əmək haqlarının artımı ilə nəticələnib. “Geoservice GGİ” 3 illik fəaliyyəti müddətində qazandığı müsbət təcrübəsini daha da təkmilləşdirmək əzmindədir.


Y.e.f.d. Səadət  Ələkbərova Geologiya və Geofizika İnstitutunun doktoranturasına və dissertanturasına 2024-cü il üzrə qəbul haqqında geniş izahat verib. İclasda  həmçinin dissertasiya işləri mövzularının və elmi rəhbərlərin təsdiqi reallaşıb.


Elmin populyarlaşdırılması, təbliği və təşviqi istiqamətində GGİ İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli cari ilin 10 ayı ərzində görülən işlər barədə müfəssəl məlumat təqdim edib. Natiq bildirib ki, əsas vəzifəsi  İnstitut  əməkdaşlarının elmi çalışmalarını və nailiyyətlərini, institutdaxili tədbirləri geniş işıqlandırmaq olan şöbə mövcud  yenilikləri gia.az, science.gov.az, AMEA Yer elmləri bölməsinin  saytında, həmçinin İnstitutun inzibati binasında yerləşdirilmiş iki informasiya monitorunda fotoların müşayiəti ilə işıqlandırır.     Şöbə “Elmin cazibəsi” kitab layihəsini 2019-cu ildən başlayaraq nəfis formatda oxucuların ixtiyarına verir. Bu silsilədən hələlik 3 kitab işıq üzü görüb, 4-cü kitab çap üçün nəşriyyata təqdim edilib, 5-ci əsər isə RF-nin Dubna şəhərində fəaliyyət göstərən azərbaycanlı alimlərə həsr edilib və gələn ilin yanvar ayında işıq üzü görəcək.


Daha sonra akademik Akif Əlizadə  Geologiya və Geofizika İnstitutunun strukturu haqqında, İnstitut alimlərinin AMEA-nın 80 illik yubileyinə həsr etdikləri elmi əsərlərin çapa tövsiyə edilməsi barədə danışıb.


Elmi şuranın iclasında daha sonra müxtəlif məsələlər çözülüb.

GGİ-nin ELMİ ŞURA İCLASINDA BİR SIRA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ-nin ELMİ ŞURA İCLASINDA BİR SIRA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ-nin ELMİ ŞURA İCLASINDA BİR SIRA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ-nin ELMİ ŞURA İCLASINDA BİR SIRA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
next
next