Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Oct 2024 Beynəlxalq əməkdaşlıq Beynəlxalq əməkdaşlıq

GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR

Rusiya Federasiyasının “BRICS” ölkələrinin fəaliyyət planı çərçivəsində Sankt-Peterburq Dağ Universitetində “Mineral ehtiyatlar milli suverenliyin əsası kimi – kadr və innovasiya mühiti” forumu və gənc tədqiqatçılar üçün “Yer təkindən istifadənin aktual problemləri”  mövzusunda beynəlxalq forum-müsabiqəsi keçirilib.


Forum dünyanın 42 ölkəsindən 800-dən çox nümayəndə, habelə dünyanın aparıcı texniki universitetlərinin rektorları, alimləri, transmilli enerji şirkətlərinin rəhbərləri, təhsil və elm sahəsində cavabdeh nazirlik və idarə rəhbərlərini bir araya gətirən,  həmçinin elmi-innovativ kontekstdə müzakirələrin təşkilini təmin edən geniş platforma hesab olunur.


Beynəlxalq forumun müzakirələrində AR ETN Geologiya və Geofizika İnstitutunun “Hidrogeologiya və geoekologiya” şöbəsinin baş mütəxəssisi Tariel Hüseynov və “Palçıq vulkanizmi” şöbəsinin elmi işçisi Elnur Baloğlanov iştirak edib.


Tariel Hüseynov “Azərbaycanın mineral-xammal ehtiyatları və onların inkişaf perspektivləri” mövzusunda geniş məruzə edib. Eləcə də Sankt-Peterburq Dağ Universitetinin Elmi-pedaqoji kadrların hazırlanması üzrə prorektoru, texnika üzrə elmlər doktoru, professor Dmitri Mardaşov və Beynəlxalq əlaqələr üzrə prorektoru Yevqeni Lyubin ilə görüş keçirib. İkitərəfli görüşlərdə Geologiya və Geofizika İnstitutunun fəaliyyət istiqaməti, kadr potensialı və analitik laboratoriya bazaları haqqında geniş məlumat verən T.Nüseynov həmin İnstitutda hazırlanmış “Dünya palçıq vulkanlarının atlası”ı Sankt-Peterburq Dağ Universitetinə hədiyyə edib.


GGİ alimləri həm də Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki konsulu Rəhim Rəhimzadə ilə də görüşüblər və müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.


Gənc tədqiqatçı Elnur Baloğlanov həm də gənc tədqiqatçılar üçün keçirilən “Yer təkindən istifadənin aktual problemləri”  mövzusunda beynəlxalq forum-müsabiqədə “Azərbaycanın palçıq vulkanlarının ekoloji və iqtisadi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.   


GGİ nümayəndələrinin çıxışları iştirakçılarda böyük maraq doğurub.


Məlumat üçün bildirək ki, bu görüşlər Sankt-Peterburq Dağ Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Yevqeni Lyubinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadəyə məxsusi olaraq göndərdiyi dəvət məktubu əsasında reallaşıb.


Bu ənənəvi Forum Sankt-Peterburq Dağ Universitetində 2005-ci ildən keçirilməkdədir.

 

GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR
GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR
GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR
GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR
GGİ ƏMƏKDAŞLARI “BRICS”in TƏŞKİL ETDİYİ İKİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİBLƏR
next
next