Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI PALEOSEYSMOLOJİ TƏDQİQATLARA BAŞLAYIBLAR
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsi paleoseysmoloji tədqiqatlara başlayıb. Tədqiqatlara şöbənin rəhbəri yer elmlər üzrə elmlər doktoru, dosent Qulam Babayev rəhbərlik edir.
Müasir dövrdə seysmik təhlükənin qiymətləndirilməsinin bir istiqaməti olan paleoseysmoloji tədqiqatlar minilliklər ərzində uzunmüddətli seysmik rejimin təhlil edilməsini, qədim tarixi güclü zəlzələlərin (”paleozəlzələlərin”) mümkün olan izlərinin aşkarlanmasını, aktiv qırılmaların vizualizasiyasını, relyef deformasiyasının təhlilini, səthə yaxın qruntda layların təbəqələşməsinin təhlil edilməsini, süxur nümunələrinin analizini və yaşlarının təyin edilməsini, morfoloji xüsusiyyətlərinin öyrənilməsini özündə geniş ehtiva edir.
GGİ mütəxəssislərinin paleoseysmoloji çöl işləri Kiçik Qafqazın şimal-şərq yamacının seysmoaktiv ərazilərində reallaşıb və nəticədə emal üçün ilkin litoloji, geomorfoloji, geoloji məlumatlar əldə edilib.