Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 May 2024 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA QƏBUL KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun 2024-cü il üzrə doktorantura və dissertanturasına elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmaq istəyən şəxslərin sənədlərinə baxılması, ixtisas uyğunluğunun müəyyən edilməsi, elmi məsləhətçi və rəhbərlərin təyin olunması ilə bağlı yaradılmış qəbul komissiyasının iclası keçirilib.

İclas Geologiya və Geofizika  İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə keçirilib. Komissiya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla əlaqədar materiallarla tanış olub.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru üzrə dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə elektron qaydada həyata keçirilir.  Fəlsəfə doktoru üzrə doktoranturaya 4 ixtisas üzrə 9 nəfər, elmlər doktoru proqramı üzrə isə 1 nəfər sənəd təqdim edib. Komissiya sənəd təqdim edən iddiaçılarla tanış olduqdan sonra, onların növbəti mərhələyə keçirib. Həmçinin elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul üzrə dissertasiya işi ilə bağlı təqdim edilən materialların hazırlıq səviyyəsinə, elmi materialların vəziyyətinə aydılıq gətirilib.

Tədbirdə elmlər doktoru proqramı üzrə sənəd təqdim edən bir iddiaçı təqdim olunan dissertasiya mövzusunun planına və əsasnaməyə uyğun olaraq çıxış edib, komissiya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Komissiya həmçinin 2024-cü il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya iddiaçıların sənədlərini qəbul edib. Sənədləri tələblərə uyğun olan doktoranlar növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin  olunan “Xarici dil” və “Fəlsəfə” fənləri üzrə keçirəcəyi qəbul imtahanlarında iştirak edəcəklər.

next
next