Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Mar 2024 İclaslar İclaslar

GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Elm və Təhsil  Nazirliyi Geologiya və Geofizika İnstitutu  Elmi Şurasının növbəti iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.


Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda bir gün əvvəl keçirilmiş təntənəli tədbir haqqında qısa məlumat verib. Alim 1945-ci il  mart ayının 27-də 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğunu, AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini, bu dövrdə GGİ-nin də elmi nailiyyətlərilə yadda qaldığını diqqətə çatdırıb. Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatların və elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanlarının təqdim olunduğunu, onların sırasında GGİ əməkdaşlarının da olduğunu bildirib.


Sonra Elmi şura iclasının gündəliyində olan məsələlər səsə qoyularaq təsdiq edilib. İlk olaraq  “Silsilə fundamental elmi əsərlərin Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilməsi” məsələsinə baxılıb. Ardınca ETİ proqramlarının İnstitutun tematik planına daxil edilməsi haqqında  y.e.f.d. Rafiq Səfərov çıxış edib. O, iştirakçıları “Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahələri və dərinlik quruluşu” (2024–2028)  və “InSAR və GPS məlumatlarının inteqrasiyası ilə Qafqaz-Xəzər regionunun geodinamika və kinematikasının tədqiqi” (2024–2026) ETİ mövzuları üzrə məlumatlandırıb.


F.-r.e.d. Qalina Martınova “Dünya müalicəvi neftlərinin geokimyəvi xüsusiyyətlərinin müqayisəli təhlili (biomarkerlər və adamantoidlər)” (2024–2025), AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “Azərbaycan Respublikası ərazisinin geodinamiki əsasda geoloji təyinatlı xəritələr komplektinin (miqyas 1:250000-1:500000) işlənib hazırlanması və tərtibi” (2024–2028) və Azərbaycan Respublikası ərazisinin geoloji, hidrogeoloji, mühəndisi    geoloji    və    faydalı    qazıntılar    xəritələrinin     (miqyas 1:250000) geodinamiki əsasda işlənib hazırlanması və tərtibi” (2024–2025) mövzusunda elmi-tədqiqt işləri haqqında məlumatı dinlənilərək müzakirə edilib, suallar cavablandırılıb və görüləck elmi işlərin istiqaməti təsdiq edilib.  


Sonra c.e.d. Vaqif Məmmədov Geologiya və Geofizika İnstitutunun Beynəlxalq Su Təsərrüfatı Sərgisində iştirakının yekunlarını, doktorant Emil Quliyev Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi haqqında qısa informasiyasını təqdim edib.


Beləliklə, Elmi şuranın iclası y.e.f.d. Səadət Ələkbərovanın GGİ-də  birinci il doktorantlarının dissertasiya işləri mövzularının dəyişdirilməsi haqqında məlumatı ilə yekunlaşıb.  

 

 

 

GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
GGİ ELMİ ŞURASININ İCLASINDA ELMİ-TƏŞKİLATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
next
next