Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Mar 2024 Diqər xəbərlər Diqər xəbərlər

GGİ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda İnstitutun rəhbərliyi və şöbələrdən dəvət edilmiş əməkdaşlar iştirak ediblər. İclasın gündəliyinə Geologiya və Geofizika İnstitutu HİK sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevin 7 illik (2017-2023) hesabatı, həmçinin təftiş komissiyasının, HİK-in yeni heyətinin, HİK-in yeni sədrinin, təftiş komissiyasının,Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının qurultayına nümayəndələrin seçilməsi kimi  məsələlər daxil edilib.


İclasda HİK sədri Kamran Əliyevin hesabatı dinlənildikdən sonra komitənin yeni sədrinin və büro üzvlərinin seçilməsi ilə bağlı məsələyə baxılıb. Kamran Əliyev HİK-ə yenidən sədr seçilb, eləcə də  büronun yeni üzvləri müəyyənləşdirilib.


Daha sonra komitə ilə bağlı cari məsələlər müzakirə edilib.

 

GGİ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB
GGİ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN HESABAT-SEÇKİ YIĞINCAĞI KEÇİRİLİB
next
next