Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASINA YENİ SƏDR SEÇİLİB
Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclasında GGİ-nin icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov və Təhsil şöbəsinin rəhbəri Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Ələkbərova iştirak ediblər.
Tədbirin gündəliyinə Gənc Alim və Mütəxəssislər Şurasının 2023-cü il üzrə illik hesabatı və Şuranın idarə heyətində qismən dəyişiklik məsələləri daxil olub. İclası çıxış sözü ilə Şuranın sədri Zöhrab Əliyev açmışdır. O, il ərzində şuranın həyata keçirilən işlər haqqında təqdimatla çıxış edib.
Şuranın idarə heyətində qismən dəyişikliklər edilməsilə bağlı məsələyə Orxan Abbasov aydınlıq gətirib. Beləliklə, Şuraya üzvlərin seçilməsi üçün iclasda iştirak edən gənclər arasında sorğu aparılıb və doqquz namizəd irəli sürülüb. Seçki nəticəsində Emin Quliyev Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Reyhan Qaraşova və Murad Qəhrəmanov sədr müavinləri, Suğra Heydərli elmi katib seçilib.
GGİ-nin fəal gənclərindən Gülcamal İsayeva, Səfərbəy Ələkbərli, Emil Fətullayev, Nazim Əliyev, Telli Həmzəyeva İdarə heyətinin üzvləri seçiliblər.
Sonda institutun icraçı direktoru Dadaş Hüseynov Şuranın fəaliyyətində gənclərə uğurlar arzulayıb və dəyərli tövsiyələrini səsləndirib.