Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 May 2023 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda  keçirilmiş “Açıq qapı” gününün qonaqları Azərbaycan Dövlət Neft və Sənayə Universiteti və Bakı Dövlət Universitetinin tələbələri  olublar.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev qonaqları bu elm ocağının qısa tarixi, elmi fəaliyyət istiqamətləri, eyni zamanda Şuranın fəaliyyəti haqqında məlumatlandırıb. Daha sonra tələbələr Şura üzvləri Gülcamal İsayeva, Reyhan Qaraşova, Aynur Əliyeva və Ülkər Abdullayevanın müşayiətilə İnstitutun  laboratoriyaları ilə tanış olublar. “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə laboratoriya rəhbəri Nazim Sadıqov, elmi işçi Bahar Babayeva, “Neftin geokimyası laboratoriyası”nda mühəndis Elşən Mirzəzadə, “Geoloji materialların texniki emalı” şöbəsində  g.-m.e.f.d Nağı Nağıyev, “Dinamiki geologiya” şöbəsinin aparıcı elmi işçisi, g.-m.e.n., dosent Təhminə Qarayeva, “Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası” şöbəsinin texniki Rəhimə Heybətova və digər təcrübəli tədqiqatçılar cihazların işləmə prinsipi və müvafiq olaraq, şöbələrin fəaliyyəti barədə tələbələrə ətraflı izahat veriblər. Alimlər eləcə də hər bir nümunənin formalaşması, tərkibi və əhəmiyyəti haqqında müfəssəl danışıblar.

Geoloji – Mineraloji Muzeyin rəhbəri Əbülfət İmanov və Muzeyin əməkdaşı Leyla Həziyeva qonaqlar üçün süxur və minerallar barədə maraqlı məlumatlar səsləndiriblər. Tədbirin sonunda kollektiv xatirə şəkli çəkdirilib.

next
next