Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Dec 2010
Diqər xəbərlər
Balakən Zaqatala vilayətinin seysmikliyi və zəlzələ ocaqlarının seysmotektonik şəraiti
Əsərdə Balakən-Zaqatala vilayəti ərazisində baş vermiş zəlzələlərə dair makroseysmik və instrumental məlumatlar araşdırılmış və seysmikliyin kəmiyyətcə qiymətləndirilməsi, seysmik fəallıq xəritələrinin analizi verilmiş, seysmik ocaqların dərinliyi tədqiq edilmiş, habelə öyrənilən ərazinin əsas seysmogen zona və strukturları aşkar edilmişdirş
Müəyyən edilmişdir ki, qeydə alınn yeli zəlzələlərin intensivliyi əsasən VII-VIII bal, maksimal magnitudu M = 4.5 olur. Orta Kür və Aşağı Kür çökəklikləri, Kiçik Qafqaz, Talış, Şərqi Gürcüstan və Cənubri Dağıstan ocağları ilə əlaqədar olan uzağ zəlzələlər I= VI – VII bal intensivliklə hiss olunur. Yerli ocağların seysmik hadisələri (I = VII – VIII bal) əsas təhlükə mənbəyidir.
Təkrarlanma qrafikinin bucaq əmsalları b və g, uyğun olaraq, 0,64 və 0,46 təşkil edir ki, bu da vilayəti mütədil seysmik ərazi kimi səciyyələndirir. Zəlzələlərin layihə və maksimal hesablama maqnitud qiymətləri uyğun olaraq M100= 4,9 və M10000= 6,9 təşkil edir. Balakən-Zaqatala vilayətinin seysmik hadisələri zəif zəlzələlərdən ibarət olub, yalnız titrəyişlərin 0,4 %- i mötədil maqnitudlu hadisələrin payına düşür.
Müəyyən edilmişdir kii, Balakən-Zaqatala vilayətində zəif seymikliyin paylanma xarakteri müstəqil olub, regional və subregional səviyyəli seysmik hadisələrin paylanma xarakterindən asılı deyildir. Bunu Böyük Qafqazda yerli subhorizontal sıxılma gərginlik mənbələrinin fəaliyyəti ilə izah etmək olar. Balakən-Zaqatala vilayətinin seysmogen strukturlarının məkanca yerləşmə vəziyyəti dəqiqləşdirilmiş və onların potensial seymekliyi qiymətləndirilmişdir.
Zəlzələlərin təyin edilmiş maksimal intensivlik və maqnitud qiymətləri uyğun olaraq, VII – VIII bal və 5,7 təşkil edir.