Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Jan 2011 Diqər xəbərlər Diqər xəbərlər

Petrologiya


© A.C.İsmayıl-zadə


AMEA Geologiya İnstitutunda maqmatizmin geodinamik təkamülünün öyrənilməsilə əlaqədar olan tədqiqatlar aparılmış, maqmatik formasiyaların filizliliyi proqnozlaşdırılmasının petroloji amilləri işlənilmişdir.
 
 
Qafqazın Azərbaycan hissəsi, Avroasiya və İran plitələri arasındakı məkanı əhatə edir, Böyük və Kiçik Qafqazın struktur zonalarında, həmçinin Kür dağlarası çökəklikdə isə filiz, qeyri-filiz və neft-qaz yataqları ilə əlaqədar olan bütün struktur-maddi komplekslər əks olunmuşdur. 
 
 
“Litosfer plitələrin tektonikası” mövqeyindən aparılan elmi təmayül və tədqiqatların əsaslandırılmış istiqamətləri, müxtəlif geodinamik rejimlərin struktur-maddi komplekslərini ayırmağa və onların metallogenik mənsubiyyətini təyin etməyə imkan vermişdir. Bu tədqiqatların nəticəsi 1:1.000.000 miqyasında  “Geodinamik əsasda Azərbaycanın geoloji xəritəsi”nin yaradılmasının əsasını təşkil etmişdir (müəlliflər – M.İ.Rüstəmov, A.C.İsmayıl-Zadə).
 
 
Azərbaycanın mezozoy vulkanizminin və onun formalaşmasının paleogeodinamik şəraitinin öyrənilməsilə təyin edilmişdir ki, birinci,erkən-orta yura mərhələsində bazaltlar və differensiallaşmamış seriya doleritləri kontinental-rift hövzələrində, differensiallaşmış toleit və əhəngli-qələvi seriya süxurları isə ada qövslülərə oxşar vulkanik qalxımlar şəraitində toplanmışlar.
 
 
İkinci, üst yura-erkən təbaşir mərhələsində formalaşmış qısalmış seriya süxurları özlərində ada qövslərinin və kontinental riftlərin xüsusiyyətlərini cəmləşdirir.
 
 
Gec təbaşir mərhələsində vulkanizm, formalaşması müxtəlif paleogeodinamik vəziyyətlərdə, qranit subsratının tələsik böyüməsi və ümumiyyətlə, yer qabığının qalınlaşması şəraitində əhəngli-qələvi və subqələvi seriya lavalarının sinxron püskürməsilə müşayət olunurdu.       
 
 
Qarabağ blokunda toleit və əhəngli-qələvi seriyası süxurları ilə yanaşı, həmçinin yüksək maqneziumlu andezit-boninitlər (Ostroumova, Tsenter 1968, Sobolev və b., 1993) təyin olunduğundan, onların yura dövrünün ada qövsü sisteminin cinah hissəsində yerləşməsini təsdiq etməyə imkan yaranır. 
 
 
Kaynozoy vulkanogen formasiyaların tədqiqatı, təzahüretmə həcmləri və paleogen-neogen-dördüncü dövr ərzində differensiallıq dərəcəsinin azaldığı vaxt, onların məkanca geniş yayılmalarını müəyyən etməyə imkan verdi.
 
 
Kiçik Qafqazın kaynozoy formasiyalarının, paleogen-neogen-dördüncü dövrü ərzində nadir torpaq elementlərinin miqdar müxtəlifliyi, qələvilik və differensiallığın səciyyəsilə fərqlənən, qələvi flüidlərin iştirakı ilə yer qabığı maddəsinin kontaminasiyalı, əhəmiyyətli dərəcədə roluna malik, müxtəlif ilkin ərintilərin törəmələrindən ibarət olduqları təyin edilmişdir.            
 
 
“Göyçə-Əkərə ofiolit assosiasiyası tədqiqatlarının analizi və ümumiləşdirilməsi və onun Qafqazın geodinamikasında rolu” ETİ-nin nəticələri əsasında aşağıdakılar müəyyən edilmişdir:
  • tektono-maqmftik aktivləşmənin cəmi
  • nubi-qərb istiqamətinə malik Paleotetis və Mezotetis okeanlarının dəlib-keçmədən formalaşması;
  • iki ofiolit lövhəsinin – paleozoy və mezozoy varlığı və onların müstəqil inkişafı;
  • alp bünövrəsi və mezozoyun vulkanogen kompleks arasında paleozoy ofiolit lövhəsinin varlığı;
  • qabbroid süxurlarının intruziv fazaya deyil, paleozoy yaşlı alloxton ofiolit lövhəsinin serpentinitləşmiş hiperbazitlərinə qranit maqmasının təsiri prosesində yaranmış hibrid qabboidlərin ksenolit-fraqmentlərinin uyğun gəldiyi, Lok-Qarabağ zonasının orta yura - erkən təbaşir intruzivlərinin plagioqranit-qranodioritin tərkibinə cavab verir.
 
 
Talışın vulkanogen və intruziv komplekslərinin petrokimyəvi və geokimyəvi tədqiqatları ilə onların riftogen və ada qövsləri tipli sistemlərinə analoji oxşarlığı aşkar edilmişdir. Litosfer plitələrin müasir konsepsiyası mövqeyindən, belə mütənasiblik, Talış strukturunun qələvi-bazaltoid maqmatizminin Elburs adalar qövsü sistemi arxasında inkişaf edən qövsarxası passiv riftogenez zonasına uyğunluğunu əks etdirir.
 
 
Talışın qələvi-bazaltoid maqmatizmi İran plitəsinin kontinental kənarının Xəzər hövzəsinin subokean plitəsilə qovuşma zolağında, yəni Cənubi-Xəzər çökəyinin formalaşması ilə bağlı dartılmalarla səciyyələnən zonada təzahür edir ki, bu da onun çökməsinin paleogenə qədər, bəlkə də, gecmezozoy dövründə baş verdiyini göstərir.