
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda əsasən gənc alimlər üçün nəzərdə tutulmuş növbəti lektoriya keçirilib.
Lektoriyanı giriş sözü ilə açaraq bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğulayan İnstitutun baş direktoru mövzunu elan edib: ”Plitələr tektonikası və Qafqaz plitəsinin müasir kinematikası: yeni yanaşma və perspektivlər” Sonra baş direktor məruzə üçün sözü y.e.f.d. Rafiq Səfərova verib.
R.Səfərov məşhur dünya alimləri Aleksandr Humbolt, Antonio Snider-Pellegrini, Frank Bursley Teylor, Artur Holmes və digərlərinin plitələr tektonikası ilə bağlı elmi nəticələri, həmçinin Alfred Vegenerin Plitələr tektonikası nəzəriyyəsinə daxil olan qitə və okeanların mənşəyini nəzərə çatdırıb. R.Səfərov tektonik hadisələrdə alimlərin qravitasiya sahəsinin təhlili, seysmik dalğaların sürəti, geomaqnit sahənin təhlili, radioaktiv elementlərin mövcudluğu və s. məsələlərə aydınlıq gətirib. Məruzəçi həmçinin digər alimlərin geofiziki arqumentlərini səsləndirib və plitələr tektonikası nəzəriyysinə aid postulatlar, şərtlər və tələblər haqqında ətraflı məlumat verib.
R.Səfərov daha sonra mövzu ilə bağlı Azərbaycanda mövcud durum haqqında real faktlarla danışıb.
Daha sonra həmməruzəçi akademik Fəxrəddin Qədirov GGİ-nin gənc alimləri üçün plitə tektonikasının nüanslarını açıqlayıb. Akademik bildirib ki, bu sahədə xeyli bilik əldə edilibsə də, Yerin geoloji tarixi və inkişafı ilə bağlı bir sıra problem suallar izahsız qalıb. Plitə tektonikası ilə əlaqəli hadisələr son 400 milyon ildə baş verib.Planetin 4,5 milyard il ərzində geodinamik inkişafının necə olduğu barədə alimlər isə də dilemma qarşısındadırlar.
F.Qədirov həmçinin gənclər üçün lektoriyada səslənmiş geodinamika, paradiqma qəbilindən olan terminlərin izahını verib.
Sonda həmməruzəçilər çoxsaylı sualları cavablandırıblar.