Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Nov 2017 Diqər xəbərlər Diqər xəbərlər

Mühəndisi geofizika şöbəsi


Şöbə rəhbəri: geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Salamov Əvəz Mahmud oğlu
Şöbədə 7 nəfər, o cümlədən 1 fəlsəfə doktoru çalışır.

Tel.: (+994 12) 510 01 41 (118)
E-mail: avazsalamov@yandex.ru

Tədqiqatların istiqamətləri:
  • geoloji kəsilişin üst hissəsini təşkil edən süxurların mühəndisi-geofiziki şəraitinin tədqiqi;
  • kanalların, dəmir və avtomobil yollarının, boru kəmərlərinin, yüksək gərginlik elektrik xətlərinin və digər qurğuların layihələndirilməsi zamanı ərazinin mühəndisi-geofiziki öyrənilməsi;
  • ekzogen geoloji proseslərin tədqiqi və proqnozlaşdırılması:
  • sürüşmə proseslərinin öyrənilməsi;
  • karstların, eroziya, çökmə və s. proseslərin tədqiqi;
  • hidrotexniki qurğuların istismarı zamanı tədqiqi;
  • tikinti materialları yataqlarının axtarışı. Şöbədə elmi-tədqiqat işləri aparılmış mühəndisi geofiziki tədqiqatların nəticəsində alınmış məlumatlar əsasında həyata keçirilir.
  •  

Şöbənin əməkdaşları tərəfindən:
  • Daşgil (Şamaxı-Qobustan vilayəti timsalında) palçıq vulkanı kraterinin quruluşu, krater ətrafında çatların əmələ gəlməsi və vulkan brekçiyasının qalınlığının öyrənilməsi;
  • palçıq vulkanı yerləşən geoloji mühiti təşkil edən süxurların litoloji tərkibinin ehtimal olunan fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi;
  • palçıq vulkanı yerləşən sahənin mühəndisi geofiziki şəraitinin tədqiqi həyata keçirilir.