Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 Jul 2022
Diqər xəbərlər
GƏNC ALİMƏ Y.E.F.D. ELMİ DƏRƏCƏSİNİN DİPLOMU TƏQDİM EDİLİB
04 iyul 2022-ci il
“Yerin radioaktiv sahələri” şöbəsinin elmi işçisi Fərəh Mahmudovaya y.e.f.d. elmi dərəcəsinin diplomu təqdim edilib.
Diplomu Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə təqdim edərək gənc alimə elm yolunda yeni uğurlar arzulayıb və onu gənclərə nümunə göstərib.
Fərəh Mahmudova GGİ-nin “Yerin radioaktiv sahələri” şöbəsində 2011-ci ildən çalışır. 2021-ci ildə “Radon sahəsinin formalaşma xüsusiyyətləri və onun mümkün patogen təsiri (Azərbaycan ərazisi timsalında)” mövzusunda 2508.01 - “Geoekologiya” ixtisasında yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işini müdafiə edib.
Gənc alim yeni elmi istiqamət olan tibbi geologiya üzrə ixtisaslaşıb. O, ilk dəfə Azərbaycan ərazisində radon qazının həcmi aktivliyinin yayılma qanunauyğunluqlarını kompleks dəyərləndirib, radon təhlükəsi müşahidə olunan kritik zonaların sərhədlərini müəyyənləşdirib və müxtəlif regionların əhalisi üçün radon şüalanmasının patogenlik dərəcəsini qiymətləndirib. F.Mahmudova bu istiqamət üzrə 34 elmi əsər dərc etdirib.