Elmlər doktoru


Cənubi Xəzər çökəkliyinin karbohidrogen sistemləri

Hüseynov Dadaş Ağa-Cavad oğlu


Bu işdə geniş məsələlər, onlar arasında başlıca olaraq Cənubi-Xəzər çökəkliyində Mezokaynozoy çöküntülərinin neft-qaz əmələgəlmə potensialının dəyərləndirilməsi, neftlərin genetik tiplərə ayrılması, dərinlik və stratiqrafik ocaqların karbohidrogenlərlə əlaqəsinin yaranması, flüid əmələgəlmə ocaqlarının 3 ölçülü modelləşdirilməsi, Cənubi Xəzər çökəkliyinin flüid-dinamikasının miqyas və xüsusiyyətlərinin dəyərləndirilməsi, Cənubi Xəzər çökəkliyi akvatoriyasının perspektivlik dərəcəsinə görə ranqlaşdırılması və ən əsası, Cənubi Xəzər çökəkliyində karbohidrogen axtarışı konsepsiyasının flüid-dinamik işlənməsi məsələləri ortaya qoyulmuşdur.

Bütün bu məsələlər, ilk dəfə praktikada həll edilmiş elmi geoloji-geokimyəvi tədqiqatları vahid məqsədə yönəlmişdir – intensiv çökən höv-zələrin karbohidrogen sistemlərinin modelinin yaradılması və onların karbohidrogenlərin axtarışı əsaslarının işlənməsi.

Cənubi Xəzər çökəkliyində toplanmış karbohidrogenlərin axtarışı ərazisində həlli vacib olan praktiki məsələlər, yekun tədqiqatlar yoxlanılaraq ümumiləşdirilmiş, nəticələri və praktiki rəyləri verilmişdir.

Hövzə modelləşdirilməsi və paleotektonik, paleocoğrafi və paleofasial tədqiqatların nəticələrindən istifadə etməklə karbohidrogen əmələgətirən stratiqrafik komplekslərin iştirakı olan tədqiqat rayonu Cənubi Xəzər çökəkliyində dəyərləndirilir və irəli sürülmüş məsələlərin həllinə imkan yaradır.

İşin praktiki əhəmiyyəti ondan ibarətdir ki, tarazlaşmamış hövzələr üçün karbohidrogenlərin axtarışı üsullarının təkmilləşdirilməsini tədqiq olunmuş meyar və tövsiyyələri özündə əks etdirir.

Boşalmış kütlələrdə və onların dinamiki təsir zonasında neft-qaz yığımlarının mümkünlüyü göstərilmişdir. Cənubi Xəzər çökəkliyinin şimal bortunun yüksək perspektivliyi əsaslandırılmışdır.

Abşeronyanı akvatoriyanın müasir flüid-dinamik xarakteri ilə bir yerdə hövzə modelləşdirilməsinin nəticələri böyük ehtimalla yerin altında toplanmış karbohidrogenlərin olmasını sübut edir, geoloji-geofiziki kəşfiyyat və tranzit zonasının hüdudunda konkret təklif olunmuş obyektlərdə axtarış işlərin hərtərəfli qurulması real maraq yaradır.

Müasir flüid-dinamik aktivliklər Cənubi Xəzər çökəkliyinin perspektivlik dərəcəsinin ranqlaşdırılması aparılmış və ən əsası Cənubi Xəzər hövzəsində karbohidrogenlərin toplanmasının flüid-dinamik konsepsiyaları işlənilmişdir.