Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORLUQ İMTAHANLARI KEÇİRİLİB

 
22 dekabr 2021-ci il

Geologiya və Geofizika İnstitutunda dekabr ayının 14-dən -22-nə kimi qış imtahan sessiyası çərçivəsində keçirilən fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanları uğurla sona çatıb.

İmtahanlar “Neft və qaz yataqlarının işlənilməsi və istismarı”, “Ümumi və regional geologiya”, “Neft və qaz işinin əsasları”, “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” (ixtisasa əlavə) və “Hidrogeologiya” ixtisasları üzrə reallaşıb.

Hər ixtisas üzrə sınaqlar müvafiq komissiya nəzarəti altında baş tutub. Imtahanlar t.e.d. AMEA müxbir üzvü Qalib Əfəndiyevin, g.-m.e.d., professor Musa Məmmədovun və c.e.d. Vaqif Məmmədovun sədrliyi ilə keçirilib.

İmtahan prosesinin gedişatı AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin əməkdaşları tərəfindən müşahidə olunub .