Xəbərlər


GGİ-də ELMLƏR VƏ FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ DOKTORLUQ İMTAHANLARI KEÇİRİLİB

 
15 iyul 2021-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) dissertantların 2525.01 “Neft və qaz yataqlarının işlənilməsi və istismarı”, 2512.01 “Ümumi və regional geologiya” və 2514.01 “Geotektonika və geodinamika” ixtisasları üzrə fəlsəfə və elmlər doktorluq imtahanları keçirilib. İmtahanlar akademik Pərviz Məmmədovun, AMEA-nın müxbir üzvü Qərib Calalovun və g.-m.e.d., professor Musa Məmmədovun sədrliyi ilə reallaşıb.

Sınaqlar prosesində AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.