GİA

II KURS MAGİSTRANTININ MAGİSTR DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ


I.

İyunun 16-da saat 11-00-da Geologiya və Geofizika İnstitutu (GGİ) İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında üç II kurs magistrantının magistr dissertasiya işinin müdafiəsi keçiriləcək:

1. Nağızadə Aygün Əliyar qızı - İxtisas: Geologiya mühəndisliyi; İxtisaslaşma: Neft-qaz hövzələrinin geologiyası; Elmi mövzu: Azərbaycanın palçıq vulkanları tullantılarında yanar şistlərin müqayisəli geokimyəvi təhlili (Lökbatan, Şıxzərli və Torağay vulkanlarının timsalında).

2. Qaraşova Reyhan Vaqif qızı – İxtisas: Geologiya mühəndisliyi; İxtisaslaşma: Neft-qaz hövzələrinin geologiyası; Elmi mövzu:Mineraloji tədqiqatlar əsasında Orta Kür cökəkliyində miosen çöküntülərinin aşınma mənbələrinin aşkar edilməsi (Gəncə və Kür-Qabırrı çaylararası neftli-qazlı rayonlarda).

3. Zeynalov Samir Qadir oğlu – İxtisas: Geologiya mühəndisliyi; İxtisaslaşma: Neft-qaz hövzələrinin geologiyası; Elmi mövzu: Geoloji amillər nəzərə alınmaqla neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki proseslərin tədqiqi.

Ünvan: GGİ, III mərtəbə, böyük zal


II.

İyunun 16-da saat 14-00-da Geologiya və Geofizika İnstitutu (GGİ) İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında üç II kurs magistrantının magistr dissertasiya işinin müdafiəsi keçiriləcək:

1. Əliyev Yaşar Namiq oğlu – İxtisas: Geofizika mühəndisliyi; İxtisaslaşma: Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları; Elmi mövzu: Neft-qaz yataqları ərazilərinin seysmik təhlükəsinin inteqrə modeli (Balaxanı-Sabunçu-Ramanı timsalında).

2. Məmmədov Pərviz Yunus oğlu – İxtisas: Geofizika mühəndisliyi; İxtisaslaşma: Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları; Elmi mövzu: Neft mədənlərində səmt geotermal enerji potensialının qiymətləndirilməsi (Bibiheybət yatağı timsalında).

3. Namazlı Nurlan Emin oğlu – İxtisas: Geofizika mühəndisliyi; İxtisaslaşma: Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları; Elmi mövzu: Seysmostratiqrafik təhlil əsasında Şimali Abşeron tektonik zonasının məhsuldar qatının formalaşmasının paleocoğrafi şəraitinin öyrənilməsi.

Ünvan: GGİ, III mərtəbə, böyük zal.



III.

İyunun 17-də saat 11-00-da AMEA Geologiyavə Geofizika İnstitutu (GGİ) İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında üç II kurs magistrantının magistr dissertasiya işinin müdafiəsi keçiriləcək:

1. Mehdiyev Orxan Tərlan oğlu – İxtisas: Geologiya; İxtisaslaşma: Dəniz və okean dibinin geologiyası; Elmi mövzu: Şərqi Azərbaycanın neftli-süxur çıxıntılarının geokimyəvi tədqiqatı (Axtarma-Puta, Çeyildərə və Aralıq sahəsinin timsalında).

2. Abdullayev Elşən Bağdat oğlu – İxtisas: Geologiya; İxtisaslaşma: Paleontologiya və stratiqrafiya; Elmi mövzu: Qobustan rayonunun alt miosen yaşlı dinosistlərinin tədqiqi və onların stratiqrafik əhəmiyyəti.

3. Ağayev Əmrah Ağalar oğlu – İxtisas: Geologiya; İxtisaslaşma: Regional geologiya; Elmi mövzu: Azərbaycan hüdudlarında Şimali və Cənubi Qafqaz mikroplitələrinin akkresion bağlanma zonasının filiz formasiyaları (Dəmiraparançay və Ağsuçay çaylararası)

Ünvan: GGİ, III mərtəbə, böyük zal.





15.06.2021     Çap et  Çap et