Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Alimlər / Feyzullayev Əkpər Əkpər oğlu
Feyzullayev Əkpər Əkpər oğlu
Anadan olduğu yer
|
Azərbaycan Respublikası, Bakı şəhəri | ||
Təvəllüdü
|
02.11.1945 | ||
Bitirdiyi ali təhsil müəssisəsi
|
Azərbaycan Neft və Kimya İnstitutu, Geoloji-kəşfiyyat fakültəsi (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) | ||
Elmi dərəcəsi
|
Geologiya-mineralogiya elmləri doktoru | ||
Elmi rütbəsi
|
Professor | ||
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
|
|||
- ixtisas şifri
|
2503.01 | ||
- ixtisasın adı
|
Neft və qaz yataqlarının geokimyəvi axtarış üsulları | ||
-mövzunun ad
|
Aşağı Kür çökəkliyinin CQ hissəsinin pliosen-antropogen çöküntülərinin karbohidrogenləri və qeyri-struktur tələlərdə neft-qaz yataqlarının geokimyəvi axtarışları | ||
Doktorluq dissertasiyasının mövzusu:
|
|||
- ixtisas şifri
|
2503.01/2521 | ||
- ixtisasın adı
|
Neft və qaz yataqlarının geokimyəvi axtarış üsulları; Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı | ||
- mövzunun adı
|
Neft və qazın geokimyəvi axtarışları ilə əlaqədar olaraq qırışıq vilayətlərinin karbohidrogen qaz rejimi | ||
Müxbir üzv seçilməsi:
|
|||
- tarix
|
2007 | ||
- ixtisasın adı
|
Geologiya | ||
Həqiqi üzv seçilməsi:
|
|||
- tarix
|
02.05.2017 | ||
- ixtisasın adı
|
Neft-qaz geologiyası | ||
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
|
343 o cümlədən: məqalələr, monoqrafiyalar, broshurlar, dərsliklər -209 və tezislər – 134 | ||
- xaricdə çıxmış elmi əsərlərinin sayı
|
190 o cümlədən: məqalələr - 102 və tezislər - 88 | ||
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
|
95 (istinadlar – 482) | ||
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
|
1 | ||
Kadr hazırlığı:
|
|||
- fəlsəfə doktorlarının sayı
|
10 | ||
- elmlər doktorlarının sayı
|
|||
Əsas elmi nailiyyətləri
|
Ə.Ə.Feyzullayev və həmkarları tərəfindən quyu kernləri və təbii çıxışların süxurlarının üzvi maddəsinin (ÜM) və eləcə də karbohidrogen flüidlərinin böyük həcmdə müasir tədqiqatları (süxurların pirolizi, mass-spektrometrik və xrom-mass-spektrometrik analizlər, vitrinitin əks etdirmə qabiliyyəti və s.) aparılmışdır. Süxur-süxur, neft-süxur korrelyasiyası həyata keçirilmiş və bunların nəticəsində müəyyən edilmişdir ki: - Cənubi Xəzər hövzəsində (CXH) ÜM toplanması sahil xəttinin nisbi yaxınlığı şəraitində baş vermişdir. Və bunun nəticəsi olaraq ÜM qarışıq kontinental-dəniz tiplidir; məhsuldar qatda (MQ, alt pliosen) olan neft yataqları əsasən epiqenetik təbiətlidirlər və onların formalaşmasında əsas rolu maykop və diatom çöküntülərinin neft ana süxurları oynayır. Müəyyən olunmuşdur ki, palçıq vulkanı və yataqların neft və qazlarının kimyəvi və izotop tərkibi çox geniş dəyişmə diapazonu ilə xarakterizə olunur. Və bu da onların generasiya və miqrasiya intervalının dərinliyinin cox olduğunu (5-15 km) göstərir. CXH MQ-da neft yataqlarının formalaşmasında miqrasiyanın iki əsas fazası aşkar olunmuşdur. Hövzə təhlilinin əsasında CXH-nin və burada baş verən neft və qazın əmələgəlmə proseslərinin, miqrasiyasının, onların sənaye yığımlarının formalaşması və saxlanmasının, eləcə də anomal flüid təzyiqlərinin məkan qeyri-bircinslilliyi göstərilmişdir; böyük dərinliklərdə KH faza vəziyyətinin və neft-qazlılığının proqnozu verilmiş, onların geokimyəvi və geofiziki metodları ilə diaqnostika imkanlarına baxılmışdır. Po çayının (İtaliya) və Cənubi Xəzər hövzələrinin neft sistemlərinin müqayisəli təhlili əsasında onların ümumi və fərqli xüsusiyyətləri aşkar edilmişdir; - Terek-Xəzər çökəkliyinin CŞ hissəsinin (ŞŞ Azərbaycanın quru hissəsi və ona bitişik akvatoriyası) hüdudlarında süxurların KH potensialının, onun realizasiya dərəcəsi qiymətləndirilmiş və alınmış nəticələrə əsaslanaraq yeni axtarış istqamətləri təklif olunmuşdur. - Kompleks geoloji-geofiziki və GPS məlumatların və karbohidrogenlərin generasiya və migrasiya şəraitlərinin məkanda dəyişmə qanunauyğunluqlarının analizi əsasında Cənubi Xəzər çökəkliyində neft və qaz yataqlarının formalaşmasının geodinamik modeli işlənib hazırlanmışdır. - İlk dəfə olaraq Azərbaycanın yaşayış evlərində, torpaqda, PV-ın qazlarında və brekçiyasında, habelə termal sularda radonun miqdarı qiymətləndirilmişdir. - İlk dəfə olaraq Azərbaycanda radonun paylanması və dinamikası örənilmiş, yaşayış binalarda yüksək konsetrisiyaya malik olan sahələr müəyyən edilmiş, onun təbiəti və insan sağlamlığına mənfi təsirin azalması yolları araşdırılmışdır. |
||
Elmi əsərlərinin adları
|
1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov). |
||
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
|
1. Avropanın geolog-alimlərin və mühəndislərin assosiyasıyası (EAGE) |
||
Pedaqoji fəaliyyəti
|
ADNA-nın Neft və qaz yataqların geologiyası, axtarışı və kəşfiyyatı kafedrasının və AMEA magistraturasının professoru | ||
Digər fəaliyyəti
|
АМЕА Geologiya və Geofizika İnstitutunun nəzdindəki D 01.081 doktorluq dissertasyаların müdafiyyəsi üzrə şuranın sədri, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, “АMEA-nın Xəbərləri. Yer Elmləri haqqında Seriyası”, “Neft-gas hövzələrinin stratiqrafiyası və sedimentalogiyası” və “Azərbaycanda geofizika yenilikləri” jurnallarının redaksiya heyətlərinin üzvü | ||
Təltif və mükafatları
|
1. Azərbaycanın Dövlət Mükafatı laureatı 2. “Tərəqqi” medalı 3. AR Prezidentinin fəxri diplomu 4. AMEA-nın RH-nin və Yer Elmləri bölməsinin Fəxri fərmanları |
||
Əsas iş yeri və ünvanı
|
AMEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 119 | ||
Vəzifəsi
|
Şöbə rəhbəri | ||
Xidməti tel.
|
(+994 12) 5101163 | ||
Mobil tel.
|
(+994 50) 3639215 | ||
Ev tel.
|
(+994 12) 5309452 | ||
Faks
|
(+994 12) 5372285 | ||
Elektron poçtu
|