Ana Səhifə / Fəaliyyət / Azərbaycanın Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin flüidlərinin və üzvi maddənin karbonunun izotop tərkibinin dəyişməsinin qanunauyğunluqları

Avtoreferatlar

Azərbaycanın Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin flüidlərinin və üzvi maddənin karbonunun izotop tərkibinin dəyişməsinin qanunauyğunluqları

Mövsümova Ülviyyə Ə.

(2003)

Tədqiqatın əsas nəticələri aşağıdaki xülasələrdə öz əksini tapmışdır:

  • Paleogen-miosen süxurlarının ÜM KİT dəyişmə hüdudları aşkara çıxarılmışdır. Diatom və altda yataq süxurların KİT arasında dəqiq təbəqələşmə müəyyənləşdirilmişdir;
  • Palçıq vulkanların neftlərinin  KİT məlumatlarına əsasən onların ÜM üzrə dəyişməsində yığılma şəraitindən fərqlənən və onların keyfiyyətində özünü əks etdirən bir necə stratiqrafik kompleksinin iştirak etdiyinin nəticəsinə gəlinmişdir;
  • KİT ÜM və neftlərin cəmi həmçinin onların ətirli və metanlı-naften fraksilarının tutuşdurulması əsasında müyyən edilmişdir ki, palçıq vulkanlarının neftlərinin mənbəyi miosen və oliqosen çöküntüləridir;
  • Diatom çöküntülərinin müəyyən edilmiş nisbətən ağır KİT ÜM onun toplanma müddəti ərzində armosferda CO2 tərkibinin aşağı düşməsi və iqlimin hər tərəfli soyuqlaşması ilə şərtlənən qlobal xarakter daşıyır;
  • Palçıq vulkanlarının qazlarının KİT bütün tədqiqatlarının təhlili və ümumiləşdirilməsi və məkanda KİT dəyişməsinin kompyuter modellərinin qurulması onun palcıq vulkanlarının əsasını təşkil edən süxurun yaşından asılılığının varlığını təstiqləyir;
  • Kompleks tədqiqatlar əsasında biodeqradasiya prosesi nəticəsində əmələ gəlmiş izotoplu ağır CO2 (+5‰ çox) palçıq vulkanların səthi mənşəyi haqqında (2 km dərinlinlinliyə qədər) nəticə çıxarılmışdır. Bu proseslər səthi neft təzahürləri ilə fərqlənən palçıq vulkanları üçün xarakterikdir;
  • KİT ilə KHQ arasında eksperimental asılılıq və paleotemperatur şəraitin göstəriciləri (Ro) əsasında bu qazların əmələ gəlmə dərinliyi qiymətləndirilmişdir;
  • Cənubi-Xəzər hövzəsinin daha batmış mərkəzi hissəsi istiqamətində müxtəlif yaradan süxurlarının neftin əmələ gəlməsində nisbətən qədim oliqosendən daha cavan miosen çöküntülərinə doğru uzununa iştirakının dəyişməsi baş verir;
  • KİT neftlərin istiqamətin dəyişməsi əsasında aşkara çıxarılmış regionun müxtəlif hissələrində neftin əmələ gəlməsində miosen və oliqosen süxurlarının əhəmiyyəti 2000m-dək dərinliklərdə neftin izotoplu yüksək ağır CO2 biodeqradasiyasının şərtlənməsi axtarış-kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.