Ana Səhifə / Fəaliyyət / Balakən Zaqatala vilayətinin seysmikliyi və zəlzələ ocaqlarının seysmotektonik şəraiti

Avtoreferatlar

Balakən Zaqatala vilayətinin seysmikliyi və zəlzələ ocaqlarının seysmotektonik şəraiti

İsmayılzadə Tahir T.

(2004)

Əsərdə Balakən-Zaqatala vilayəti ərazisində baş vermiş zəlzələlərə dair makroseysmik və instrumental məlumatlar araşdırılmış və seysmikliyin kəmiyyətcə qiymətləndirilməsi, seysmik fəallıq xəritələrinin analizi verilmiş, seysmik ocaqların dərinliyi tədqiq edilmiş, habelə öyrənilən ərazinin əsas seysmogen zona və strukturları aşkar edilmişdirş


Müəyyən edilmişdir ki, qeydə alınn yeli zəlzələlərin intensivliyi əsasən VII-VIII bal, maksimal magnitudu M = 4.5 olur. Orta Kür və Aşağı Kür çökəklikləri, Kiçik Qafqaz, Talış, Şərqi Gürcüstan və Cənub
ri Dağıstan  ocağları ilə əlaqədar olan uzağ zəlzələlər I= VI – VII bal intensivliklə hiss olunur. Yerli ocağların seysmik hadisələri (I = VII – VIII bal) əsas təhlükə mənbəyidir.


Təkrarlanma qrafikinin bucaq əmsalları b və g, uyğun olaraq, 0,64 və 0,46 təşkil edir ki, bu da vilayəti  mütədil seysmik ərazi kimi səciyyələndirir. Zəlzələlərin layihə və maksimal hesablama maqnitud qiymətləri uyğun olaraq M100= 4,9 və M10000= 6,9 təşkil edir. Balakən-Zaqatala vilayətinin seysmik hadisələri zəif zəlzələlərdən  ibarət olub, yalnız titrəyişlərin 0,4 %- i mötədil maqnitudlu hadisələrin payına düşür.


Müəyyən edilmişdir kii, Balakən-Zaqatala vilayətində zəif seymikliyin paylanma xarakteri müstəqil olub, regional və subregional səviyyəli seysmik hadisələrin paylanma xarakterindən asılı deyildir. Bunu Böyük Qafqazda yerli subhorizontal sıxılma gərginlik mənbələrinin  fəaliyyəti ilə izah etmək olar. Balakən-Zaqatala vilayətinin seysmogen strukturlarının məkanca yerləşmə vəziyyəti dəqiqləşdirilmiş və onların potensial seymekliyi qiymətləndirilmişdir.


Zəlzələlərin təyin edilmiş maksimal intensivlik və maqnitud qiymətləri uyğun olaraq, VII – VIII  bal və 5,7 təşkil edir.