Ana Səhifə / Fəaliyyət / Qalıq müqavimət faktorunun tənzimlənməsi əsasında neft laylarının polimerlərlə işlənilməsinin səmərəsinin artırılması

Avtoreferatlar

Qalıq müqavimət faktorunun tənzimlənməsi əsasında neft laylarının polimerlərlə işlənilməsinin səmərəsinin artırılması

Manafov Qulam R.

(2004)

Dissertasiyada qalıq müqavimət faktorunun tənzimlənməsi ilə layların polimerlərlə işlənilməsinin səmərəsinin artırılması məsələsinin qoyuluşu və həlli verilir. Müxtəlif qeyribircislilik dərəcəsinə malik qatları keçiriciliyə görə müxtəlif hidrodinamik görüşən və görüşməyən qatlı laylardan eyni zamanda neft, qaz və su süzüldükdə qalıq müqavimət faktorunun yaranmasının fiziki-kimyəvi qanuna uyğunluğları və onlara depressiya, polimerin növü və lay suyunun minerallığının təsiri tədqiq edilmişdir. Polimerlə təsirin müxtəlif variantlarında qatlı layların işlənilməsinin səmərəsinin artırılmasına qalıq müqavimət faktorunun yaranma yeri və qiymətinin təsiri göstərilmişdir.


Azərbaycanın quru yataqlarında müxtəlif geoloji-fiziki, texniki-texnoloji şəraitində istismar olunan quyularda quyudibi sahəsində su axınlarını polimer məhlulları ilə məhdudlaşdırma səmərəsinin davamlığının artırılmasının ilkin məlumatların çatışmamazlığı şəraitində proqnozlaşdırmağa imkan verən, uyğun qaydalar şəklində linqvistik modellər işlənilmişdir. Su axınını məhdudlaşdırıcı ekranın həcmi və quyudibi sahəsində daha faydalı yerdə yerləşdirilməsini əsaslandıra bilən amillər aşkar edilmişdir.


Tədqiqatların su axınlarının məhdudlaşdırılması üzrə “Abşeron-neft” NQÇİ-nin quyularında aparılan sınaq işlərinin nəticəsində əlavə olaraq 103,74 t neft hasil edilmiş və 371,07 m3 su hasilatı məhdudlaşdırılmışdır. Ekonomik səmərə 139,423065 manat təşkil edir.