Avtoreferatlar
Azərbaycanın kvarslı qum yataqlarının geologiyası, qanunauyğunluqları və onların sənaye perspektivliyi
Nəsibov Namiq T.
(2004)
Dissertasiya işi Azərbaycan Respublikasında kvarslı qum yataqlarının əmələgəlmə şəraitinin və yerləşmə qanunauyğunluqlarının təqiqinə və omların sənaye perspektivliyinin qiymətləndirilməsinə həsr edilib.
Bu məqsədlə Abşeron regionu və Böyuk Qafqazın cənub-şərq batımının yanaşı sahələrində cavan yaşlı çöküntü kompleksləri ilə əlaqədar olan kvarslı qum yataqlarının yerləşmələrinin stratiqrafik-tektonik xüsusiyyətləri təqiq edilmiş, onların əmələ gəlmələrinin geoloji-struktur şəraiti, mineral tərkibi, qranulometrik fraksiyaları, kvars qumlarının mineral qarışıqları öyrənilmiş, istismara cəlb olunacaq bir sıra yataqların ( Hökməli, Sulutəpə, Hacivəli, Zeyd) ətraflı geoloji təsviri verilmiş və bu yataqlar üçün qumların zənginləşdirilmə sxemi hazırlanmışdır.
Aparılmış tədqiqatlar nəticəsində Böyük Qafqazın erkən orta yaşlı qumlu-şistli çöküntülərinin və həmçinin Araz zonasında devon yaşlı karbonat və üst təbaşir yaşlı əhəngli-qumlu çöküntülərin kvars-silisium tərkibli mineral xammalına perspektivliyi müəyyənləşdirilmişdir.