Avtoreferatlar
Qravitasiya sahəsinin ədədi analiz nəticələri əsasında Azərbaycanın litosfer quruluşunun xüsusiyyətləri
Hüseynov İlqar P.
(2005)
Dissertasiya işi qravimetrik məlumatlarının ədədi üsulların işlənilməsilə Azərbaycanın və həmsərhəd ərazilərinin litosferasının xüsusiyyətlərinin tədqiqatlarına həsr olunmuşdur.
Klassik Furye çevirilməsi, Spektor-Qrant və Blakeli-Simpson metodlarının əsasında qravimetrik verilənlərin ədədi işlənilməsi üçün vahid metodik kompleks üsulu yaradılmışdır və bu hesablamaları yerinə yetirmək üçün xüsusi proqram təminatı hazırlanmışdır.
Aparılan tədqiqatlar təklif olunan alqoritmin səmərəli olduğunu təsdiq edir. Beləliklə aşağıdakı nəticələr əldə olunmuşdur:
- Azərbaycanın qravitasiya sahəsinin regional anomaliyaları aşkar olunmuşdur.
- Azərbaycanın litosferasının anomaliya yaradan sıxlıq sərhədlərinin orta dərinliyi müəyyən edilmişdir.
- Azərbaycanın litosferasının subvertikal sərhədləri təyin olunmuşdur.
- Azərbaycanın litosferasının qırılmaları dərinlik yatımından asılı olaraq sıralanmışdır.
- Aerokosmik üsullarla alınmış və litosferanın subvertikal sərhədlərilə korrelyasiya olunan lineamentlər aşkar olunmuşdur.
İnkişafda olan elmi istiqamət qravitasiya anomaliyalarının kəmiyyət interpretasiyası nəzəriyyəsinə dəyər verməklə həm nəzəri məna, həm də dərinlik quruluşunun modellərində və çöküntü layların dinamikasında praktik əhəmiyyət daşıyır. Qırılmaların sxemi, regional qravitasiya anomaliyalar seysmik təhlükənin qiymətləndirilməsində və regionda geodinamik vəziyyətinin tədqiqatlarında praktiki maraq təşkil edir.