Avtoreferatlar
Quyu geofiziki məlumatlar kompleksinə görə müxtəlif litoloji tipli süxurların kollektor potensialının qiymətləndirilməsi (Cənubi-Xəzər çökəkliyinin bir sıra adları timsalında)
Əlimuradova Leyla Ç.
(2008)
İşdə, quyu geofiziki məlumatlarının informativliyinin artırılması ilə əlaqədar olan neft geologiyası və geofizikasının aktual məsələlərindən birinə baxılıb.
Kern materiallarının 810 analizinə əsasən Cənubi-Xəzər yataqlarının məhsuldar qat kəsilişini təşkil edən, müxtəlif litoloji tipli süxurların litoloji və mineraloji tərkibi öyrənilmişdir. Tədqiq olunan yataqlarda müxtəlif litoloji tipli kollektor-süxurların petrofiziki və kollektor xassələrinin tədqiqatının nəticələri göstərilmişdir.
İlk dəfə müxtəlif litoloji tipli kollektor – süxurlar üçün gilli sementin kollektor-süxurlarının məsamə boşluğunda paylanma formaları və onların süxurların kollektor xassələrinə təsiri öyrənilmişdir.
Ardıcıl qərar qəbul etmə metodologiyasından istifadə etməklə müxtəlif litoloji tərkibi kollektor-süxurlarda kollektor potensialı kəmiyyətcə qiymətləndirilmişdir.
Quyu geofiziki məlumatının litoloji interpretasiyasının petrofiziki əsasını qurmağa imkan verən, tədqiqatların aparılması üçün metodik prinsip işlənilib.
Alınmış petrofiziki modellər əsasında, interpretasiya modeli işlənilmişdir ki, bu da məhsuldar qat kəsilişində qum və alevrit laylarını seçməyə və onların süzülmə - həcmi xassələrini və karbohidrogenlə doyma dərəcəsini qiymətləndirməyə imkan verir.
Yekunda, təklif olunan və məlum olan quyu geofiziki məlumatların interpretesiyası üsullarının nəticələrinin müqayisəli təhlili aparılmışdır.