Ana Səhifə / Fəaliyyət / Cənubi Xəzər çökəkliyinin karbohidrogen qazlarının dərində yatan neft və qaz yataqlarının axtarışı və genezisi ilə əlaqədar olaraq izotop tərkibi

Avtoreferatlar

Cənubi Xəzər çökəkliyinin karbohidrogen qazlarının dərində yatan neft və qaz yataqlarının axtarışı və genezisi ilə əlaqədar olaraq izotop tərkibi

Poletayev Aleksandr V.

Aparılımış tədqiqatlar aşağıdakı nəticələrə gətirib çıxarır:
 
  • 333 məsələ üzrə QİS səviyyəsində məlumat bankı yaradılıb.
  • CXH-nin karbohidrogen qazlarının karbon, hidrogen, oksigenin izotop tərkibi loqnormal və biomodal paylanma ilı xarakterizə edilir.
  • Metan C12H4, C13H4, etan C2H6, C12C13H6 və propan C3H8, C12C13H8 üzrə əsas struktur formulları müəyyən edilmişdir.
  • Müxtəlif geoloji-geokimyəvi amillərin – qaz təzahürü forması, statiqrafik yaş, götürülmə dərinliyi, karbon qazlarının kimyəvi tərkibi, sahə üzrə paylanması və s. karbon qazlarının izotop tərkibinə təsiri müəyyən olunmuşdur.
  • Süxurların stratiqrafik yaşıyla bağlı olaraq Abşeron reqomərtəbəsindən başlayaraq, MQ-in daban dəstələrinə qədər və çokraq reqomərtəbəsindən tutmuş qovundağ və təbaşir çöküntülərinə qədər bəzən karbon izotopunun ağırlaşması baş verir.
  • İzotop tərkibi ərazidən asılı olaraq dəyişir.
  • İzotop tərkibi birmənalı şəkildə CXH-nin tədqiq edilmiş karbon qazlarının çöküntü orqanogen genezisinə işarə edir.
  • CXH-nin kaynozoy qatının kəsilişində karbohidrogenlərin generasiyasının iki mərhələsi müəyyən edilmişdir – antropogen-pliosen və miosen-eosen zamanında.
  • CXH-də çöküntü toplanma və kaynozoy çöküntülərinin tektogenezi prosesində karbohidrogenlərin generasiyasının ümumi sxemi nəzərdən keçirilmişdir.
  • M. Şoell və A. Ceymsin genetik diaqramlarından istifadə CXH-nin karbohidrogen qazlarında biokimyəvi, diagenetik və termokatalitik genezisin qazlarını, həmçinin onları neft, neftin krekinqi və ÜM və neftlə assosiasiya olummayan qazları ayırd etməyə imkan vermişdir.
  • İzotop tədqiqatlarının məlumatlarına əsasən CXH-nin geoloji quruluşunu nəzərə almaqla, məhsuldar qatın dərində yatan çöküntülərində, miosen-paleogen və mezozoy çöküntülərində karbohidrogen yataqlarının axtarışı üçün perspektiv zonalar müəyyən edilmişdir.