Ana Səhifə / Fəaliyyət / Qaz, neft və qaz-neft yataqlarının işlənmə göstəricilərinə süxurların relaksasiyasının təsirinin tədqiqi

Avtoreferatlar

Qaz, neft və qaz-neft yataqlarının işlənmə göstəricilərinə süxurların relaksasiyasının təsirinin tədqiqi

Tağıyeva Səbinə E.

Dissertasiya işi qapalı neft, qaz və neft-qaz yataqlarının işlənmə göstəricilərinə süxurların relaksasiyasının təsirinin öyrənilməsinə həsr edilmişdir. Qaz yataqlarının quyular sistemi vasitəsilə işlənməsi prosesinin riyazi hesablama sxemi yaradılmış və onun əsasında relaksasiyanın lay təzyiqinə və məsaməliyinə təsiri öyrənilmişdir. Verilmiş qaz hasilatını təmin etmək üçün relaksasiyalı mühitə malik qaz yataqlarında tələb olunan quyuların sayı təyin edilmiş və göstərilmişdir ki, eyni miqdarda qaz ehtiyatını mənimsəmək üçün relaksasiyalı mühitə malik yataqlarda tələb olunan quyuların sayı qeyri-elastik mühitə malik yataqlarda olan quyular sayından artıq olur. Relaksasiyalı mühitə malik olan neft yataqlarının işlənmə göstəricilərini təyin etmək üçün hesablama sxemi təklif olunmuşdur.


Göstərilmişdir ki, süxurların relaksasiyası lay təzyiqinin və neftdoymanın azalma tempini sürətləndirir, məsaməliyin azalmasını isə yavaşıdır, qaz faktorunun artmasına və bunun nəticəsində neftin qazsızlaşmasını sürətləndirir. Həll olmuş qaz rejimində istismar olunan relaksasiyalı mühitə malik neft yataqlarından verilmiş hasilat səviyyəsini təmin etmək üçün tələb olunan quyuların sayı təyin edilmişdir. Müəyyən edilmişdir ki, relaksasiyalı mühitə malik yataqlarda tələb olunan quyuların sayı qeyri-elastiki mühitə malik yataqlarındakına nisbətən çox olur. Relaksasiyalı mühitə malik neft-qaz yataqlarının işlənmə prosesini qaz-neft kontaktının (QNK) tərpənməz və ya tərpənən olmasını, eyni zamanda istismar prosesində qazın layın bir hissəsindən digərinə keçməsini nəzərə almağa imkan verən riyazi hesablama sxemi yaradılmış və bunun nəticəsində yatağın işlənmə göstəricilərinə süxurların relaksasiyasının təsiri öyrənilmişdir. Göstərilmişdir ki, relaksasiyalı mühitə malik yataqlarda QNK-ın tərpənməz qalması üçün qaz papağından çıxarılan qazın miqdarı qeyri-elastik mühitə malik yataqlarda çox olur. Relaksasiyalı mühitə malik yataqlarda istismar prosesində qazın layın bir hissəsindən digərinə keçməsinin lay təzyiqinə, neftlədoymaya, neftli hissənin həcminin dəyişməsinə təsiri müəyyən edilmişdir.