Ana Səhifə / Fəaliyyət / Çöküntü-gel əmələgətirən tərkiblər vasitəsi ilə quyudibi zonaların emalı texnologiyasının təkminləşdirilməsi

Avtoreferatlar

Çöküntü-gel əmələgətirən tərkiblər vasitəsi ilə quyudibi zonaların emalı texnologiyasının təkminləşdirilməsi

Rzayev Pərviz O.

(2007)

Dissertasiyada quyudibi zonanın çöküntü-gel əmələ gətirən tərkiblərlə emalı texnologiyasının təkminləşdirilməsi yolu ilə neft quyularının sudan təcrid edilməsi effektivliyinin artırılması məsələsinin qoyuluşu və həlli verilmişdir.

 
İki növ-texniki poliakrilamid «L» ionomeri, eləcədə qələvi (NaOH) əsasında çöküntünün əmələ gəlmə mexanizminin fiziki-kimyəvi qanunauyğunluqları və çöküntü-gel əməlgətirən tərkiblərin reoloji süzülmə xüsusiyyətləri tətqiq olunmuşdur.

 
Su axınının çöküntü-gel əmələ gətirən tərkiblərlə təcrid edilmə effektivliyinə keçiricilik və süzülmə sürətinin təsiri göstərilmişdir. Çöküntü-gel əməlgətirən tərkiblərin tətbiqinin müxtəlif texnologiyalarının eksperimental qiymətləndirilməsi aparılmışdır.

 
Bilavasitə quyu lüləsində və onun yaxınlığında çöküntü əmələ gəlməsinin qarşısının alınması məqsədi ilə quyudibi zonaya çöküntü-gel əmələgətirən tərkiblərin çoxhissəli vurulması və həmin hissələrin neytral bufer mayesi vasitəsilə biri-birindən ayrılması zəruriliyi təyin olunmuşdur.

 
Korrelyasiya analizi vasitəsilə effektivlik göstəricilərinin hər birinin (effektin davamlığı əlavə neft hasilatı və suyun azaldılma həcmi) quyudibi zonanı xarakterizə edən geoloji-fiziki, texniki və texnoloji amillər arasındaki əlaqəni ifadə edən statistik modellər qurulmuşdur. Həmin modellərdən istifadə olunmaqla effektivlik göstəricilərinin proqnozu verilmiş, bunun əsasında quyudibi zonanın emalı texnologiyası təklif olunmuş, həmin təklifin “Abşeronneft” NQÇİ-nin 790 və 308 №-li quyularında tətbiqi nəticəsində müvafiq olaraq 214,5 və 108,9 t əlavə neft hasil olunmuş, su hasilatı 467,6 və 184,4 m3 azalmış ümumi səmərə 433782558 man təşkil etmişdir.