Ana Səhifə / Fəaliyyət / Azərbaycan qaz-kondensat yataqlar flüidlərinin fiziki - kimyəvi və termodinamiki xassələrinin dəyişmə qanunauyğunluqlar

Avtoreferatlar

Azərbaycan qaz-kondensat yataqlar flüidlərinin fiziki - kimyəvi və termodinamiki xassələrinin dəyişmə qanunauyğunluqlar

Məmmədova Gülarə H.

(2012)

Dissertasiya işində qaz-kondensat yataqlarının tükənmə rejimində işlənilməsi prosesində flüidlərin termodinamiki və fiziki-kimyəvi xassələ­rinin dəyişmə qanunauyğunluqları öyrənilmiş və bunun əsasında kondensat ehtiyatı­nın təyin olunması üçün yeni üsul təklif olunmuşdur. Bundan əlavə quyudibin­də çökmüş kondensatın müxtəlif tərkibli qazlarla buxarlandırıl­ması intensivli­yinə işçi agentin və kondensatın bəzi xassələrinin təsiri tədqiq edilmişdir. Bu tədqiqatların əsasında: yatağın tükənmə rejimində işlənilməsi zamanı hasil olunan lay qazının tərkibi və xassələrinin dəyişmə qanunauyğunluqları öyrənil­miş və göstərilmişdir ki, lay təzyiqinin azalması prosesində yüngül karbohid­rogenlərin miqdarı artır, ağır karbohidrogen­lərin miqdarı isə azalır; göstərilir ki, hasil olunan qazın tərkibində əsas dəyi­şikliklər kondensat mikrorüşeym­lə­rinin yaranma təzyiqi intervalında, yəni məlum ənənəvi üsullarla təyin olunan kondensasiyanın başlanğıc təzyiqindən xeyli yuxarı təzyiqlərdə baş verir; təyin olunmuşdur ki, lay suyunun mövcudluğu sistemin yüngül və ağır komponent­lərinin nisbət dəyişməsinə mühüm təsir göstərir və bu halda qalıq su miqdarı­nın və təzyiqin artması karbohidrogen qazın yağlılığının azalmasına gətirib çıxarır; müxtəlif cari təzyiqlərdə kondensatvermə əmsalının təyini və qiymət­lən­dirilməsi üsulu təklif olunmuşdur; göstərilmişdir ki, retroqrad kondensata «quru» qazla təkrarən təsir etməklə buxarlanma yolu ilə onun 50%-ə qədər miqdarını hasil etmək olar; işçi agentin böhran parametrlərinin qaz-kondensat quyusunun quyubidi zonasının təsir göstəricilərinə təsiri öyrənilmişdir; Bahar və Bulla-dəniz qaz-kondensat yataqları flüidlərinin fiziki-kimyəvi və termo­dina­miki xassələrinə görə «Məlumat bazası» kompyuter proqramı hazır­lanmışdır.