Ana Səhifə / Fəaliyyət / Kiçik Qafqazın Gədəbəy filiz rayonu Qaradağ mis-porfir filiz yatağının mineraloji-geokimyəvi xüsusiyyətləri.

Avtoreferatlar

Kiçik Qafqazın Gədəbəy filiz rayonu Qaradağ mis-porfir filiz yatağının mineraloji-geokimyəvi xüsusiyyətləri.

Hüseynova Elmira B.

(2011)

Dissertasiyanın başlıca məqsədi geniş tədqiqatlar əsasında Qaradağ yatağı mis-porfir filizlərinin mineroloji-geokimyəvi xüsusiyyətlərinin kompleks öyrənilməsinin nəticələrinə əsaslanaraq baş metalların (Cu, Mo) və indikator elementlərin (Ag, Pb, Co, Ni, Sc, Y, Ba, Sr) ilkin və törəmə anomalıyalarını və yayılma oreollarını aşkar etməklə gizli mis-porfir filizlərinin birbaşa axtarışını və proqnozunu təmin edə biləcək mineraloji-geokimyəvi  kriterilərinin hazırlanmasına imkan verən yatağın həcmi-geokimyəvi modelini tərtib edilməsindən ibarətdir. Başlıca məqsədə nail olmaq üçün bir sıra zəruri elmi məsələlər uğurla həll edilmişdir.
 
Dissertasiyada çox zəngin faktik materialların kimpleks analizi, emalı və təhlili əsasında Qaradağ mis-porfir yatağının gecyura-erkəntəbaşir yaşlı kvarslı diorit-porfirit tərkibli kiçik intruziyalarla və daykalarla genetik (və ya paragenetik) əlaqəsi təkzibedilməz faktlarla elmi əsaslandırılmış, yatağın geoloji-genetik və mineraloji-geokimyəvi xüsusiyyətləri müasir tədqiqatlar səviyyəsində öyrənilmiş, kəşfiyyat şəbəkəsi daxilində uzununa və eninə profillər üzrə qazılmış çoxsaylı dərin buruq quyuları vasitəsilə əldə edilmiş xeyli miqdarda kern materiallarının miqdari-spektral analitik nəticələribazasında xüsusi proqramlar əsasında avtomatlaşdırılmış elektron-hesablama maşınları vasitəsilə çoxcəhətli həcmi-geokimyəvi modeli hazırlanmış və horizontlar-kəsimlər üzrə mis-porfir filizləri üçün xarakter və tipomorf hesab olunan əsas (Cu, Mo) və indikator elementlərin (Ag, Pb, Co, Ni, Sc, Y, Ba, Sr) serial geokimyəvi xəritələri tərtib edilmiş, ilkin və törəmə geokimyəvi anomaliyalar və oreollar aşkar edilmiş, ilk dəfə yataqda hipergenez zonasının quruluşu və maddi-mineraloji tərkibi əsaslı  şəkildə öyrənilmişdir. Yekunda etibarlı geokimyəvi və mineraloji-metasomatik axtarış və proqnoz kriteriləri işlənib hazırlanmışdır.