Avtoreferatlar
Kiçik Qafqazın üst pliosen-dördüncü dövr kolliziya vulkanizminin petrogeokimyəvi modeli
Vəliyev Anar Ələsgər oğlu
2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları
(2013)
Aralıq dənizi qurşağının Qafqaz-Anadolu seqmenti akkresiya komplekslərinin, mikrokontinentlərin, okean qabığının qalıq bloklarının mozaikasından ibarət olub, çox mürəkkəb quruluşu və Tetis okeanının bağlanması ilə səciyyələnərək hal-hazırda Avrasiya və Ərəbistan plitələrinin kolliziya zonası hesab edilir. Son 20 ildə seqmentin Anadolu hissəsinin maqmatizmi və geodinamikasının izah edilməsi üçün xeyli işlər görülmüşdür. Seqmentin Qafqaz, xüsusilə də onun Azərbaycan hissəsi üçün isə bu səviyyədə tədqiqat işləri aparılmamışdır. Ona görə də Kiçik Qafqazın mərkəzi hissəsinin inkişafının son - kövrək kolliziya mərhələsinin Yer qabığı-mantiya maqmatizminin təkamülünün müasir səviyyədə öyrənilməsi aktual problemlərdəndir. Son vaxtlar alınan yeni petrogeokimyəvi məlumatlar maqmanın əmələ gəlməsini araşdırmaq üçün əsas indikatorlardan olub, regionun Üst Pliosen-Dördüncü dövr maqmatik süxurlarının petrogenezisi probleminə və bu süxurları törədən maqmatik ərintinin təbiətinə yenidən baxılmasına imkan verir. Kiçik Qafqazın mərkəzi hissəsində Üst Pliosen-Dördüncü dövrdə təzahür edən bimodal assosiasiyanın əmələ gəlməsi də problem məsələlərdəndir. Ona görə də dəqiq petrogeokimyəvi tədqiqat işləri qeyd edilən problemləri həll etməyə ümid verir.
Tədqiqatların əsas məqsədi Kiçik Qafqazın Üst Pliosen-Dördüncü dövr kolliziya vulkanizminin məhsullarının petrogeokimyəvi öyrənilməsi nəticəsində bu maqmatizmin təkamülünün əsas qanunauyğunluqlarını müəyyən etmək, ana maqmaların vaxt etibarı ilə mənbəyini və münasibətini müəyyən etmək və kolliziya vulkanizminin petrogeokimyəvi modelini hazırlamaqdır.
Qoyulan məqsədi yerinə yetirmək üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:
Tədqiqatların əsas məqsədi Kiçik Qafqazın Üst Pliosen-Dördüncü dövr kolliziya vulkanizminin məhsullarının petrogeokimyəvi öyrənilməsi nəticəsində bu maqmatizmin təkamülünün əsas qanunauyğunluqlarını müəyyən etmək, ana maqmaların vaxt etibarı ilə mənbəyini və münasibətini müəyyən etmək və kolliziya vulkanizminin petrogeokimyəvi modelini hazırlamaqdır.
Qoyulan məqsədi yerinə yetirmək üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:
- Üst Pliosen-Dördüncü dövr vulkanizminin ardıcıl olaraq təkamülünün izlənilməsi və ilkin maqmaların təbiətinin araşdırılması üçün bu vulkanizmin məhsullarının müasir səviyyədə petrogeokimyəvi tərkibinin öyrənilməsi.
- Formasiya süxurlarının mikroelement tərkibinin variasiyasının tədqiqi.
- Maqmatizmin geokimyəvi təkamülünü təyin etmək, ana ərintilərdə maqma əmələgəlmə proseslərinin səciyyələndirmək və həmçinin maqmanın mənbələrinin tipini müəyyən etmək üçün maqmatik süxurları müxtəlif geodinamik şəraitlərdə əmələ gəlmiş maqmatik mənbələrlə müqayisə edilməsi
- Mikroelementlər və onların nisbətləri əsasında ilkin mantiya maqmasının təbiətinin araşdırılması, onun Yer qabığı substratı ilə qarşılıqlı təsirinin aydınlaşdırılması.
- Traxibazalt-traxiandezit və riolit formasiyaları süxurlarının əmələ gəlməsini və təkamülünü aydınlaşdırmaq məqsədilə kompüter proqramları vasitəsilə müxtəlif proseslərin (kristallaşma diferensiasiyası - FC, assimilyasiya və fraksion kristallaşma – AFC, qismən ərimə) modelləşdirilməsi.
- Kiçik Qafqazın Üst Pliosen-Dördüncü dövr vuılkanizminin müqayisəli analizinin aparılması