Avtoreferatlar
Mürəkkəb şəraitdə ştanqlı quyu nasosu ilə istismar olunan quyuların effektliyinin artırılması
Mustafayev Şahvələd İsmayıl oğlu
2525.01 – Neft-qaz yataqlarının işlənməsi və istismarı
(2014)
Dənizdə və quruda quyuların istismar fondunun əsas hissəsini ştanqlı dərinlik nasosları təşkil edir. Neft yataqlarının istismarı zamanı nəzəri və təcrübi xarakterli tədqiqat işləri quyuların ştanqlı quyu nasosu (ŞQN) ilə istismarı prosesinin mütamadi olaraq təkmilləşdirilməsinə ehtiyac duyulduğunu göstərir. Məhz buna görə ŞQN ilə neftçıxarmanın təkmilləşdirilməsi problemləri həmişə olub və aktual qalmağında davam edir. Bu onunla əlaqədardır ki, vaxt keçdikcə ştanqlı quyu nasosu (ŞQN) ilə quyuların istismarına təsir edən parametrlər dəyişir. Belə ki, geoloji-istismar şəraitinin müxtəlifliyi çıxarılan mayedə çoxlu miqdarda qum, su, qaz və sairə komponentlərin olması quyuların nasoslarla istismarı zamanı böyük çətinliklərin ortaya çıxmasına səbəb olur.
İstismar olunan quyuların dərinliyi və çıxarılan mayenin miqdarı artdıqca, yerüstü və yeraltı avadanlığa düşən yük artır. Yüksək özlülüklü nefti olan quyularda istismar şəraiti daha da mürəkkəbləşir. Belə mürəkkəb şəraitlər ŞQNQ-nin işləmə qabiliyyətini, faydalı iş əmsalını və quyunun təmirarası müddətini də (TAM) azaldır. Bu amillərin təsirindən neftçıxarmanın texnikiiqtisadi göstəriciləri pisləşir. Beləliklə, quyuların dərinlik nasoslarla istismarı məsələsi, onun ciddi tədqiq olunmasını daha da aktuallaşdırır.
Bu məsələlər ŞQNQ-nin mexanikasının elementlərinin tədqiqinə aiddir. Belə ki, istismar kəmərinin boruları, ştanq və plunjerin üstündə yerləşən elastiki qaz-maye sütunündan, mühütün güc müqavimətlərini nəzərə almaqla və ştanqın asqı nöqtəsinin məcburi tərpənməsindən, silindrinin maye ilə tam dolmamasında ŞQNQ-nun avadanlığına vurucu gücün zərərli təsiri, qurğunun işinin tədqiq etməsi maili quyular şəraitində, dinamoqrammanın kontur nəzəriyyəsinin inkişaf etdirilməsi, hansı ki, yüksək informasiyaya nəzarət üçün vasitə göstərir və nasos quyularının işləmə prosesinin diaqnostikası və s.
Neft hasilatının artırılması tempini, və yaxud heç olmasa sabitləşdirilməsini təkcə yeni yatağların işlənməyə daxil edilməsi ilə deyil, həm də uzun müddət işlənmədə olan yataqlarda cəmləşən böyük azhasilatlı quyular fondunun səmərəli istismar edilməsi ilə təmin etmək olar. Belə quyular respublikamızın əksər NQÇİ-lərinin quyular fondunun əsas hissəsini təşkil edir və ştanqlı quyu nasosları ilə istismar olunur. “Azneft” İB-nin ştanqlı quyu nasosu (ŞQN) ilə istismar olunan quyuların neftə görə orta debiti 0,6 t/gün təşkil edir. Bu quyuların əksər hissəsində nasosların verim əmsalı da çox kiçikdir. Odur ki, ŞQN-lə istismar olunan quyu fondunun rasional istismarı yollarının öyrənil məsi həm hasilatın artırılması, həm avadanlığın sərfəli seçilməsi, və həm də, ümumiyyətlə, istismarın çox aşağı səviyyədə olan texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması nöqtəyi nəzərindən diqqətə layiqdir və şübhəsiz elmi və praktiki əhəmiyyətə malikdir.
Bu quyulardan çıxarılan neftin maya dəyəri xeyli böyükdür. Bu ona görə belədir ki, yataq enerjisinin tədricən tükənməsi və lay təzyiqinin aşağı düşməsi səbəbindən quyuların fondu get-gedə böyüyür, xərclər isə demək olar ki, əvvəlki səviyyədə qalır, buna görə də istismarın texniki-iqtisadi göstəriciləri pisləşir.
Bununla əlaqədar olaraq, şəraiti nəzərə almaqla bütöv sistemin işinin tənzimlənməsi məsələsinə baxılması vacibləşir.