Ana Səhifə / Fəaliyyət / Nasos avadanlıqlarının etibarlılığının təhlili və qiymətləndirilməsi əsasında quyuların işinin texniki-iqtisadi göstəricilərinin artırılması

Avtoreferatlar

Nasos avadanlıqlarının etibarlılığının təhlili və qiymətləndirilməsi əsasında quyuların işinin texniki-iqtisadi göstəricilərinin artırılması

Karajanova Maral Koylıbayevna

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

 

Məlum olduğu kimi, quyuların mürəkkəbləşmiş istismarı zamanı əsas problemlərdən biri onların etibarlılıq göstəricilərinin pisləşməsidir ki, bu da öz növbəsində texniki-iqtisadi göstəricilərə təsir edir. Nasosun işinə bir neçə amil təsir edir, belə ki, bunlar geoloji, texniki, texnoloji amillərdir. Son işlənmə mərhələsində olan yataqlara yüksək sulaşma xas olur və bu zaman məhsulun tərkibində çoxlu mexaniki qarışıqlar əmələ gəlir, müxtəlif üzvi və qeyri-üzvi çöküntülər yaranır avadanlıqda korroziya baş verir. Həmin şəraitdə quyuların istismarı çətinləşir. Hal-hazırda tətbiq olunan ənənəvi üsullar bir sıra hallarda, xüsusən, qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək zərurəti ilə qarşılaşdıqda, lazımi nəticə vermir. Bununla əlaqədar quyuların işinin təhlili və avadanlığın etibarlılığının qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsi aktual məsələ kimi əhəmiyyət kəsb edir.

"Qeyri-müəyyənlik nəzərə alınmaqla texnoloji qərarların qəbulu əsasında mürəkkəbləşmiş şəraitdə quyuların istismarının etibarlılıq və effektivlik göstəricilərinin artırılması" məqsədini nəzərdə tutan dissertasiya işi giriş hissəsi, dörd fəsil, nənbcələr, istifadə olunmuş ədəbiyyat siyahisi, əlavələrdən ibarətdir.

Birinci fəsildə baxılan problemə həsr olunmuş işlərin icmalı əsasında işin məqsədi, qarşıya çıxan məsələlər əsaslandırılır.

İkinci fəsildə Qazaxıstanın bir neçə yataqları timsalında işlənmənin cari vəziyyəti, quyu fondundan istifadə olunma stabilliyi, göstəricilərin dinamikası təhlil olunur.

Üçüncü fəsil dərinlik nasos avadanlığının etibarlılıq göstəricilərinin və nasoslarda toplanan mexaniki qarışıqların xüsusiyyətlərinin təhlilinə həsr olunmuşdur. Müxtəlif nasosların, müxtəlif şəraitdə işlədikdə etibarlılıq göstəriciləri hesablanmışdır.

Dördüncü fəsildə quyuların istismar göstəricilərinin statistik təhlili əsasında qeyri səlis yanaşmadan istifadə olunmaqla qərarların qəbul edilməsi yolları və onların tətbiqi üçün təkliflər göstərilir.