Ana Səhifə / Fəaliyyət / Azərbaycan ərazisində seysmik təhlükənin inteqrə təhlili

Avtoreferatlar

Azərbaycan ərazisində seysmik təhlükənin inteqrə təhlili

Qaragözova Nigar Rauf qızı

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Dissertasiya işi Azərbaycan ərazisinin seysmik rejiminın tektonika ilə əlaqəsinə əsaslanan fraktal təhlilinə, seysmikliyin özünəbənzər (özünəbənzərliyin) xüsusiyyətlərinin aşkar edilməsinə həsr edilmışdir. Həmçinin, dissertasiya işində Azərbaycan ərazisinin seysmik təhlükəsinin inteqral təhlili verilir.

Aparılan tədqiqat nəticəsində birsıra məsələlər həll edilib, beləki Azərbaycan ərazisində seysmik prosesin və qırılma sisteminin özünəbənzər (özünəbənzərliyin) kəmiyyət xüsusiyyətləri müəyyən edilmiş; Böyük Qafqazın cənub yamacının və Xəzər dənizinin Abşeron-Pribalxan zonasının seysmik xüsusiyyətlərinin fraktal tədqiqi aparılmışdır. Fraktal göstəricilərin etibarlıq dərəcəsinin yoxlanılması məqsədilə zəlzələlərin multifraktal təhlili aparılmışdır. Müəyən edilmışdirki, bütün Azərbaycan ərazisi üçün nəzəri multifraktal etibarlılıq D = 3 * dE kəmiyyətinə kifayət qədər yaxındır, bu isə aparılan fraktal təhlilin etibarlığını artırır. Öyrənilən regionun seysmik xüsusiyyətləri və problemin tədqiqat metodlarının təkamül prosesi hərtərəfli təhlil olunur.

İşdə fraktal təhlilinə əsas anlayışları əks edilir. Öyrənilən çoxluğun, obyektin ya da prosesin fraktal ölçüsü, həmçinin fraktal strukturlar tabe olan dərəcə qanuna uyğunluqlar, fraktal təhlilin açar anlayışlarıdır.

Azərbaycan ərazisi üçün enerjiyə və episentrlərə görə zəlzələlərin paylanmasının fraktal kəmiyyət xüsusiyyətləri müəyyən edilmişdir. Beləki, Azərbaycan ərazisində zəlzələlərin episentral paylanmasının fraktal ölçüsünün De=1.66, enerjiyə görə paylanmasının fraktal ölçüsünün isə dE=0.57 olduğu müəyyən edilmişdir.

Böyük Qafqazın cənub yamacı və burada ayrılan dörd seysmoaktiv zonanın, həmçinin, Abşeron-Pribalxan zonasının və burada ayrılan dörd sahənin zəlzələ episentrlərinin analoji fraktal olçüləri müəyyən edilmişdir.

Dissertasiya işində həmçinin, Azərbaycanın qırılma sisteminin paylanmasının fraktal indikatorları əldə edilmışdir (Df=1.64).

Seysmik təhlükənin inteqrə tədqiqi üçün seysmik aktivlik xəritəsi, zəlzələlərin maksimal mümkün olan maqnitudaların xəritəsi, Azərbaycan ərazisinin seysmik titrəyiş xəritəsi qurulur. Bununla yanaşı, zəlzələlərin maksimal intensivlik xəritəsi MSK-64 və Azərbaycanın ərazisində qruntun maksimal təcili PGA terminlərində seysmik təhlükə xəritəsi tərtib edilmişdir.