Avtoreferatlar
Dərin qatlarda flüiddoyumlu kəsilişlərdə termobarik parametrlərin dəyişmə xüsusiyyətləri
Zabolestani Parisa Ebrahim qızı
2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Termobarik şəraitin neft-qaz yataqlarında öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Yatağın yaranmasında, neft və qaz flüidlərinin miqrasiya edərək orada toplanmasında və saxlanılmasında onun çox vacib rolu vardır. Bu amilin dəyişmə qanunauyğunluqları axtarış-kəşfiyyat işləri aparılan zaman, xüsusən də dərin quyular qazılarkən əvvəlcədən nəzərə alınmazsa və qazıma məhlullarının parametrləri termobarik faktorlarla uyğunlaşdırılmazsa quyularda çox böyük qəza halları yarana bilər. Bu da quyuda əlavə xərclərə səbəb olar, bəzən də yanğının baş verməsinə və quyunun uçmasına gətirib çıxarar.