Ana Səhifə / Fəaliyyət / Neft-qaz yataqlarının çökmə süxurlarının kollektor və petrofiziki xüsusiyyətlərinin modelləşdirilməsi (Qum-dəniz və Bulla-dəniz yataqlarının timsalında)

Avtoreferatlar

Neft-qaz yataqlarının çökmə süxurlarının kollektor və petrofiziki xüsusiyyətlərinin modelləşdirilməsi (Qum-dəniz və Bulla-dəniz yataqlarının timsalında)

Abbasov Elməddin Yaqub oğlu

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Ölkəmizdə yeni neft strategiyasının həyata keçirilməsinin mühüm bir hissəsi Cənubi Xəzər çökəkliyinin (CXÇ) Azərbaycan sektorunda dənizin dərinliyi çox olan sahələrində yerləşən zəngin neft və qaz yataqlarının axtarışı və kəşfiyyatını aparmaq, burada qazıma işlərini sürətləndirməkdir.

Respublikamızın neftlilik-qazlılıq cəhətdən perspektivli zonalarından biri də Qum-dəniz və Bulla-dəniz yataqlarıdır. Burada müasir dövrdə neft və qaz resurslarının axtarışı, kəşfiyyatı və qiymətləndirilməsində geofiziki üsulların əhəmiyyəti əvəzedilməzdir. Mürəkkəb geoloji şəraitlərdə böyük dərinliklərdə müxtəlif tipli lay flüidinin fərqli quruluşlu təbii hövzələrdə neft-qaz yataqları haqqında birbaşa və dolayısı yolla məlumatların alınması yataqların düzgün işlənməsinə zəmin yaradır. İstilik və yanacağa tələbatın artması böyük dərinliklərdə karbohidrogenlə zəngin olan layların aşkarlanması tələbini qarşıya qoyur. Bütün bunlar istər yeni, istərsə də uzun müddət istismarda olan karbohidrogen ehtiyatına malik neft yataqlarının geoloji və petrofiziki xüsusiyyətlərinin dəqiqləşdirilməsini aktual bir problem kimi gündəmə gətirir.

Azərbaycan ərazisində aşkar edilmiş strukturlarda və işlənmədə olan neft yataqlarında kollektor layların petrofiziki xüsusiyyətlərinin öyrənilməsi, neftli-qazlı obyektlərin məkan etibarilə həcmi modelinin qurulması çox mühüm əhəmiyyət kəsb edən məsələdir.