Ana Səhifə / Haqqımızda / Şöbələr / Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi

Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi

Şöbə rəhbəri: Yer elmləri üzrə elmlər doktoru, dosent Babayev Qulam Rüstəm oğlu

Теlefon: (+99412) 5100141 (əlavə 254)
E-mail: babayev74@gmail.com

Tədqiqatların istiqamətləri:

  • seysmikliyinin məkan-zaman xüsusiyyətləri;
  • zəlzələlərin fokal mexanizmləri: gərginlik şəraitinin qiymətləndirilməsi;
  • deformasiya prosesləri;
  • palçıq vulkanizminin zəlzələlərlə əlaqəsi;
  • neft yataqlarına seysmik proseslərin təsirinin qiymətləndirilməsi;
  • mikrotremor tədqiqatları;
  • seysmik təhlükənin və riskin qiymətləndirilməsi;
  • paleoseysmologiya;
  • süxurların maqnetizmi;
  • paleomaqnetizm;
  • zəlzələlərin seysmomaqnit müjdəçilərinin aşkarlanması;
  • Yerin maqnit sahəsinin təkamülün müxtəlif dövrlərdə paylanmasının öyrənilməsi, habelə praktik geologiya məsələlərinin həll olunması;
  • maqnit qütbün işarəsinin dəyişmə səbəblərinin aşkarlanması;
  • Yer qabığının və üst mantiyanın quruluşunun öyrənilməsi;
  • maqnetit daşıyan süxurların qalıq maqnetizasiyasının yüksək temperaturlu maqnit yaddaşı fenomeninin fiziki təbiətinin öyrənilməsi.
     

Şöbənin əməkdaşları tərəfindən:

  • Seysmik təhlükənin qiymətləndirilməsi modelinə əsasən Abşeron yarımadasının mühüm seysmotektonik xüsusiyyətləri və potensial seysmogen strukturların seysmikliyi təyin edilmişdir.
  • Qafqaz regionu (Azərbaycanın hüdüdlarında) litosferinin gərginlik və deformasiya şəraitinin formalaşmasında rol oynayan relyefin topoqrafik xüsusiyyətlərinin təsiri müəyyən edilmişdir.
  • Nakamura metodu ilə qrunt şəraitlərinin Bakı şəhərinin seysmik intensivliyinə təsiri təyin edilmişdir.
  • Abşeron yarımadası və Bakı şəhəri üçün ehtimal və deterministik nəzəriyyələrə əsasən seysmik təhlükənin təsiri qiymətləndirilmişdir.
  • Baş verən seysmik hadisələrin ardıcıllığının dinamikası klaster və Alan faktoru analizi, həmçinin çoxölçülü qruplaşma metodu vasitəsilə tədqiq edilmişdir.
  • 25 noyabr 2000-ci il güclü Xəzər zəlzələsindən əvvəl və sonra Abşeron və Şamaxı-Qobustan ərazilərində yerləşən palçıq vulkanlarının statik və dinamik gərginliklərinin dəyişiklikləri təhlil edilmişdir.
  • Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi.
  • Böyük Qafqazın cənub yamacının seysmoaktiv zonalarının seysmik rejimini səciyyələndirən stasionarlıq tədqiq olunmuşdur.
  • Azərbaycanın fanerozoy dövrünün istinad maqnit-stratiqrafik şkalası tərtıb edilmişdir və bu da öz növbəsində, çökmə qatların stratifikasiyasının əsasını, yaşa görə ayrılmasını, kontinental və dəniz çöküntülərinin stratiqrafik korrelyasiyasını və sərhədlərin əsaslandırılmasını təşkil edir;
  • Cənubi Xəzərin çökmə süxurlarının maqnit-stratiqrafiyası pliosen-holosen çöküntülərinə ayrılmışdır, neft-qaz strukturlu sahələrin korrelyasiyası aparılmışdır və paleomaqnit məlumatlara əsasən yaranma tarixi dəqiqləşdirilmişdir;
  • dərinlik çöküntülərinin paleotektonik kriteriləri aşkar edilmişdir və paleo en dairəsi təyin olunmuşdur;
  • mütləq yaş məlumatları və geoloji təhlil nəzərə alaraq məhsuldar qatın magnetostratiqrafik zonalı şkalası tərtib edilmişdir: svitaların formalaşma zamanı, çökmə sürəti müəyyən edilmiş və məhsuldar qatda müddəti hesablanmışdır;
  • geomaqnit sahəsinin gərginliyinin lokal variasiyalarda (seysmomaqnit effektləri) əks olunan dönmə proseslərin Episentral zonalar yaxınlığında süxurların qalıq maqnitləşmənin dəyişilməsində rolu təyin edilmişdir;
  • paleomaqnit məlumatlara əsasən Kiçik Qafqazın tektonik inkişaf tarixi dəqiqləşdirilmiş və onun bloklu quruluşu, maqmatik ocağının yatma dərinliyi təyin edilmişdir;
  • Böyük və Kiçik Qafqaz ərazilərində müxtəlif geostrukturların dinamikasının kinematik parametrləri təyin edilmişdir və Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas plitələrinin palinspastik rekonstruksiyası aparılmışdır;
  • dərin Saatlı quyusu ilə qazılmış vulkanogen süxurlarının maqnit xüsusiyyətləri öyrənilmişdir;
  • Naxçıvan MR paleozoy, paleogen və Talış strukturunun paleogen yaşlı çöküntülərində paleomaqnit tədqiqatları aparılmışdır.