Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / Yerin radioaktiv sahələri şöbəsi
Yerin radioaktiv sahələri şöbəsi
Şöbə rəhbəri: AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Əliyev Çingiz Səid oğlu
Telefon: (+99412) 5393481
Faks: (+99412) 5372285
E-mail: radiometry@gia.science.az
Şöbə 1961-ci ildən Geologiya İnstitutunun strukturunun tərkibində olan Radiometriya laboratoriyasının əsasında 2006-cı ildə yaradılmışdır.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
- süxurların, torpaqların, suların, havanın, dib çöküntülərinin və s. inteqral radioaktivliyinin və radionuklid tərkibinin tədqiqi;
- müxtəlif litoloji stratiqrafik komplekslərdə fon radioaktivliyinin və radioaktiv elementlərin miqdarının təyin edilməsi və radiostratiqrafiya metodunun işlənilməsi;
- tektonik pozulmaların aşkar olunması və izlənilməsi, onların müasir fəallığının qiymətləndirilməsi;
- müxtəlif ərazilərin radionuklid çirklənməsinin qiymətləndirilməsi və onların təbiətinin öyrənilməsi;
- seysmik və geodinamik proseslər, neft-qazlılıqla bağlı radioaktiv sahələrin öyrənilməsi;
- palçıq vulkanlarının radioaktiv sahələrinin öyrənilməsi və real zaman miqyasında monitorinq sisteminin yaradılması;
- Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanmasının tədqiqi;
- urbanizə olunmuş ərazilərin radon potensialının öyrənilməsi;
- şöbədə yeni elmi istiqamət olan tibbi geologiya inkişaf etdirilir.
Şöbədə tərtib edilmişdir:
- Azərbaycanın depressiya zonalarının və Cənub-Şərqi Qafqazın mərkəzi hissəsinin təbii radioaktivlik xəritələri (miqyas 1:200 000).
- Azərbaycan ərazisinin təbii radioaktivlik model-xəritəsi (miqyas 1:1 000 000).
- Mezokaynozoy kompleksi süxurlarının qamma şüalanmasının normal fonunun şkalası.
- Neft yataqları üzərində radioaktiv sahələrin formalaşma modeli.
- Abşeron yarımadasının təbii radioaktivliyinin 1:200000 miqyaslı xəritəsi (texnogen anomaliyalarla).
- Neft-qaz çıxarılan bəzi strukturların radioaktivlik xəritələri; texnogen çirklənmələrin əraziləri aşkar edilmiş və radionuklid çirklənmənin formalaşma mexanizmi göstərilmişdir.
- Azərbaycan ərazisi üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi; radonun anomal konsentrasiyası olan zonalar müəyyən edilib və radonun kadastrı yaradılıb.
- Abşeron yarımadası ərazisində radonun həcmi aktivliyinin paylanması xəritəsi
- Sİ-1 ifrat dərin quyusunun kernləri əsasında radioaktivliyin dərinlik paylanmasının modeli tərtib olunmuşdur; radiogen istiliyin depressiya zonalarının ümumi istilik axınına verdiyi təsiri qiymətləndirilmişdir.
- Aktiv fəaliyyətdə olan tektonik strukturların ayrılması, karbohidrogen yataqlarının aşkar olunmasının elmi əsasları işlənilmişdir.
- Seysmik və geodinamik proseslər, texnogen fəaliyyətlə bağlı radioaktiv sahələrin variasiyalarının qanunauyğunluqları müəyyən edilmişdir.
- Şərqi Azərbaycanın çökmə süxularının kəsilişində radioaktiv və geokimyəvi parametrlərin dəyişilməsinin korrelyasiyası və dövri xarakteri müəyyən edilmişdir, Azərbaycanın orta yura və maykop çöküntülərinin yüksək radioaktivliyinin təbiəti öyrənilmişdir.
- Ölkənin müxtəlif regionlarında, iri şəhərlərdə və digər yaşayış məntəqələrində, habelə ayrı-ayrı binalarda radiasiya vəziyyətinə nəzarətin təşkil olunmasının elmi əsasları işlənilmişdir.
Şöbə bir sıra beynəlxalq layihələrdə iştirak etmişdir:
- CRDF-nin qrantı (ABŞ): Astronomik nəzarətin təsiri altında qapalı hövzələrin terrigen seriyalarında çöküntü ritmi – Xəzər dənizinin pliosen rezervuarlarının arxitekturasına aid edilə bilər (2003-2005).
- CRDF-nin qrantı (ABŞ): Azərbaycanın maykop seriyasının sekvens-stratiqrafiyası və neft potensialı (2004-2006).
- CRDF - ANSF-nin qrantı (ABŞ - Azərbaycan): Azərbaycanın neft göllərində radionuklidlər (2004-2006).
- CRDF-nin qrantı (ABŞ): Xəzər dənizinin sahilyanı hissəsində yeraltı suların və nutriyentlərin boşalmasının izotop metodu ilə qiymətləndirilməsi (2005-2007).
- CRDF - ANSF-nin qrantı (ABŞ - Azərbaycan): Geoloji və ekoloji proseslərə radiogeokimyəvi nəzarət (2006-2007).
- SNSF-nin qrantı (İsveçrə): İsveçrə metodologiyası və təcrübəsindən istifadə edərək Azərbaycan üçün radon kadastrının yaradılması və radon probleminin diaqnostikası və azaldılması üçün tədbirlər (2009-2012).
- STCU-nun qrantı (Ukrayna): Abşeron yarımadasının tükənmiş yataqlarının neft verməsini artırmaq üçün biotexnoloji üsulun işlənib hazırlanması (2010-2011).
- SNSF-nin qrantı (İsveçrə): Azərbaycanın yaşayış binalarında radonun yüksək qatılığının azaldılması (2013).
- STCU-nun qrantı (Ukrayna): Azərbaycanın istilik sahəsinin yeni GİS xəritə və modellərinin tərtibi və geotermal enerji resurslarının qiymətləndirilməsi (2011-2013).
- STCU-nun qrantı (Ukrayna): Sintetik alfa-olefinlərlə və radionuklidlərlə çirklənmiş qazıma şlamlarının öyrənilməsi və təmizlənməsi üçün biotexnoloji üsulun işlənilməsi (2012-2013).
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Inkişafı Fondunun qrantı: Böyuk Bakı timsalında urbanizə olunmuş ərazilərin radiogeokimyəvi sahələrinin geoloji və ekoloji aspektləri (2012-3013).
- ARDNŞ Elm Fondunun qrantı (Azərbaycan): Abşeron yarımadasında neft-qaz istehsalı və emalı proseslərinin ətraf mühitin radioekoloji durumuna təsirinin qiymətləndirilməsi (2012-2013).