Ana Səhifə / Fəaliyyət / Müxtəlif işlənilmə mərhələlərində qazkondensat laylarına karbohidrogen qazlarla və su-qaz qarışığı ilə təsir etməklə kondensatveriminin artırılması

Avtoreferatlar

Müxtəlif işlənilmə mərhələlərində qazkondensat laylarına karbohidrogen qazlarla və su-qaz qarışığı ilə təsir etməklə kondensatveriminin artırılması

Dəmirov Asəf Ağacəfər oğlu

2525.01− Neft və qaz yataqlarının işlənməsi və istismarı

Ölkənin xalq təssərrüfatının ən vacib sahələrindən birini qaz sənayesi təşkil edir ki, onun intensiv olaraq inkişaf etdirilməsi çoxsaylı mürəkkəb problemlərin kompleks həllini tələb edir. Bu problemlər arasında Yerin təkindən karbohidrogen ehtiyatlarının maksimum səviyyədə çıxarılması problemi mühüm yer tutur. Qeyd olunanlarla əlaqədar olaraq, yeni технолоэийаларын, eləcə də onların hesablama sxemlərinin və програм тяминатlarının yaradılması bazasında mürəkkəb tip karbohidrogen xammallı yataqlar olan qazkondensat yataqlarının işlənilməsinin texnoloji və hidroqazdinamik əsaslarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Qazda olan ağır karbohidrogenlərin lay təzyiqinin düşməsi ilə ayrılaraq çökməsi və maye karbohidrogen fazasının yaranması istismar prosesinin xarakteristikalarına öz təsirini göstərir. Qaz fazasında kondensatın miqdarının azalması onun süzülmə xarakteristikalarının dəyişməsinə gətirir ki, bu da eyni zamanda yatağın qaza və kondensata görə istismar xüsusiyyətlərinə adekvat təsirini göstərmiş olur. Bu halda layda təzyiqin paylanma xarakterinə uygun olaraq maye kondensatladoymanın qiyməti quyuətrafı zonada daha yüksək olur. Süzülmə prosesinə nəticə etibarilə təkcə maye kondensatın miqdarı deyil, eyni zamanda onun tərpənən olması da təsir göstərir. Bununla yanaşı, müəyyən hallarda texnoloji üsullar tətbiq etməklə həm layda, eyni zamanda quyuətrafı zonada çökmüş kondensatın quyuya sıxışdırılması, həm də buxarlandırılmaqla qazla birlikdə çıxarılması son nəticədə qazkondensat yataqlarının son flüid veriminə əsaslı təsir göstərməklə onun mənimsənilməsi prosesinin səmərəliliyinin artırılmasına imkan vermiş olur. Bu istiqamətdə bir çox texnoloji üsulların mövcud olmasına baxmayaraq, mövcud hesablama sxemlərinin təkmilləşdirilməsi ilə həmin üsulların bazasında əsaslandırılmış müvafiq yeni səmərəli texnoloji variantların təklif edilməsi vacib elmi-təcrübi aktuallıq kəsb edir.

İşdə qazkondensat yataqlarının işlənilməsi zamanı baş verən mürəkkəb süzülmə prosesləri düzgün əks etdirən bir sıra nəzəri məsələlər və həmçinin, quyuların məhsuldarlığını artırmaq üçün laya müxtəlif tərkibli qazlarla təsir məsələləri həll edilmişdir. Həmcinin, uyğun işlənilmə məsələlərinin həll alqoritmi və onların kompüter proqramlarının hazırlanması yerinə yetirilmişdir.