Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
27 May 2022
Diqər xəbərlər
GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
27 may 2022-ci il
Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclasını giriş sözü ilə açan bu elm müəssisəsinin baş direktoru akademik Akif Əlizadə gündəliyi elan etdikdən sonra “Cənubi və Orta Xəzər hövzələrinin keçid zonasının yeni seysmik materiallar əsasında dərinlik quruluşu” mövzusunda elmi məruzə üçün sözü akademik Pərviz Məmmədova verib.
P.Məmmədov təqdimatında Orta və Cənubi Xəzər hövzələrinin dərinlik quruluşu, sedimentasiya kompleksi, kontinental bloklar, yüksək neftli-qazlılıq akkresiya prizmasının sıxılması, karbohidrogenlərin məsamələrdən qovulması və bir çox digər məsələlərə konkret elmi nəticələrə əsasən aydınlıq gətirib. Məruzəni dinləyib müzakirə edən və çıxışçıların da rəyini öyrənən Elmi şura qərara alıb ki, təqdimat bəyənilsin, alınmış nəticələrin geoloji, geofiziki əhəmiyyəti nəzərə alınaraq, Cənubi və Orta Xəzər hövzələrinin keçid zonasının dərinlik quruluşu və təkamülü sahəsində elmi tədqiqatlar davam etdirilsin.
İclasda bir sıra elmi-təşkilati məsələlərin həlli də reallaşıb. “Qafqazın, Qara dəniz və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemi” mövzusunda AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun təqdimatı geniş müzakirə edilib, çoxsaylı suallar səsləndirilib.
Sonra ETİ proqramı çərçivəsində təkrar müzakirəyə çıxarılan “Böyük Qafqazın cənub-şərq qurtaracağının istilik sahəsinin fiziki-riyazi modelləri” mövzusu (g.-m.e.d. Abdulvahab Muxtarov) Elmi şura tərəfindən təsdiqlənib.
Daha sonra iclasda bir neçə tədris, magistr dissertasiya işləri və s.məsələlər müzakirə edilib.