Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Nov 2026 İclaslar İclaslar

GEOLOGİYA İNSTİTUTUNDA FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DOKTORANTLARIN İLLİK ATTESTASİYASI KEÇİRİLİB

12 noyabr 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların illik attestasiyası keçirilib.
 
İnstitutun direktoru, texnika elmləri doktoru Elçin Vəliyevin sədrliyi ilə keçirilən iclasda 7 doktorantın elmi-tədqiqat fəaliyyəti müzakirə olunub, hesabatları dinlənilib. Doktorantlar arasında institut əməkdaşları ilə yanaşı, SOCAR, BP şirkətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da yer alıb.
 
Attestasiya çərçivəsində doktorantlar dissertasiya mövzuları üzrə illik hesabatlarını təqdim edərək tədqiqatların mövcud vəziyyəti, əldə olunan nəticələr və növbəti mərhələdə nəzərdə tutulan elmi işlər barədə məlumat veriblər. Təqdim olunan mövzular komissiya üzvləri tərəfindən maraqla qarşılanıb, hər bir tədqiqatın elmi məzmunu və tətbiqi əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
İclasda, həmçinin doktorantların fərdi iş planlarının icra vəziyyəti, minimum imtahanlarının verilməsi, elmi məqalələrin yerli və xarici elmi nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda dərc olunması məsələləri nəzərdən keçirilib.
 
Attestasiya zamanı komissiya üzvləri doktorantların elmi-tədqiqat fəaliyyəti çərçivəsində qarşılaşdıqları çətinlikləri dinləyib, onların həlli yollarını müzakirə edib, tədqiqatların təkmilləşdirilməsi və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr veriblər.

next
next