Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Oct 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ELMİ İNFORMASİYA RESURSLARI ÜZRƏ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR

Elm və Təhsil Nazirliyi ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində elmi ictimaiyyətin beynəlxalq informasiya resurslarından səmərəli istifadəsinin təşviqi məqsədilə mütəmadi olaraq təlim və vebinarlar təşkil olunur.



Bu təşəbbüsün davamı olaraq 5 oktyabr 2026-cı il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun və “Clarivate” şirkətinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda təlim keçirilib. Təlimdə Geologiya İnstitutunun əməkdaşları da fəal iştirak ediblər. 



Tədbirdə iştirakçılara Azərbaycan elmi ictimaiyyətinin istifadəsinə təqdim olunan “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasının imkanları barədə məlumat verilib, bu resurslardan elmi-tədqiqat fəaliyyətində səmərəli istifadə üsulları nümayiş etdirilib. 



Qeyd edilib ki, “ProQuest Central” 100-dən artıq mövzunu əhatə edən multidissiplinar akademik informasiya bazası olmaqla, elmi jurnallar, dissertasiyalar, konfrans materialları və digər akademik resurslara çıxış imkanı yaradır. Baza Azərbaycan üzrə 123 elmi və ali təhsil müəssisəsinin istifadəsinə təqdim olunub. 



Təlimdə iştirak Geologiya İnstitutunun əməkdaşlarının müasir elmi informasiya və elmmetrik resurslardan istifadəsinin genişləndirilməsi, tədqiqatların informasiya təminatının gücləndirilməsi və elmi nəticələrin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ELMİ İNFORMASİYA RESURSLARI ÜZRƏ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ELMİ İNFORMASİYA RESURSLARI ÜZRƏ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
next
next