Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU PHŞ-nin ƏMƏKDAŞLARI X BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ EDİBLƏR
22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində təşkil olunmuş “Təbii və texnogen risklər: modellər, sistemlər, texnologiyalar Rısk & Geotech-2026” adlı Rusiya Elmlər Akademiyasının Vladiqafqaz Elmi Mərkəzinin Geofizika İnstitutunun yaradılmasının 30 illiyinə həsr olunmuş X Beynəlxalq Elmi Konfransında Geologiya İnstitutunun PHŞ əməkdaşları onlayn formatda iştirak ediblər.
Tədbirdə ”Seysmik tədqiqatlar” laboratoriyasının rəhbəri prof. Qulam Babayev və şöbənin əməkdaşları Tair İsmayılzadə, Əminə Şirinova-Musayeva, Səidə Əliyeva. Ülviyyə İbrahimova, Nazim Hacıyev, Azad Azadzadə, “Geodinamika və geoflüidlər" laboratoriyasının aparıcı elmi işçisi Təhminə Qarayeva, “Litostratiqrafiya və sedimentologiya” laboratoriyanın rəhbəri f.-r.e.d. Ədalət Həsənov, digər şöbələrin əməkdaşları Nuranə Cəfərova, Mirzəli Əliyev, mütəxəssis Dildar Məmmədova yer alıblar.
Konfransda Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Hindistandan olan beynəlxalq iştirakçılar təmsil olunmuşdur. Əsas elmi istiqamətlər seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi, aktiv tektonika və müasir geodinamika, paleomaqnetizm, mürəkkəb geoloji strukturların və karbohidrogen tələlərinin 3D modelləşdirilməsi, qeyri-antiklinal hidrokarbon yataqlarının proqnozlaşdırılması, həmçinin neftlə çirklənmiş ərazilərin tədqiqi və karbonsuz enerji potensialının qiymətləndirilməsini əhatə edir. Geologiya İnstitutunun əməkdaşlarının çıxışları yüksək qiymətləndirilmişdir. Gənc tədqiqatçıların Nazim Hacıyevin, Azad Azadzadənin çıxışları konfrans iştirakçıları tərəfindən çox maraqla qarşılanmış və sonda, onlara bir sıra suallar ünvanlanmışdır.
Konfransın təşkilat komitəsinin sədri f.-r.e.d., prof. Vladislav Zaalişvili Geologiya İnstitutunun direktor müavini və eyni zamanda direktor vəzifəsini icra edən t.e.d. Elçin Vəliyevə əməkdaşların konfransda iştirakına və göndərdiyi təbrik məktubuna görə öz minnətdarlığını bildirmişdir. Təşəkkür məktubu açılış günü səsləndirilmişdir.