Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTU NÜMAYƏNDƏLƏRİ UI GREENMETRIC ÇƏRÇİVƏSİNDƏ KEÇIİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR

Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti keçirilən UI GreenMetric tədbirinin açılışında Geologiya İnstitutunun nümayəndələri də iştirak ediblər.

 

Tədbirin açılışında dövlət və elm-təhsil sektorunun bir sıra rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, eləcə də digər qonaqlar iştirak ediblər.

 

UI GreenMetric kimi beynəlxalq qiymətləndirmə sistemləri müasir universitetlərin və elmi qurumların dayanıqlı inkişaf, ekoloji məsuliyyət, resurslardan səmərəli istifadə və institusional idarəetmə sahəsində fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür göstəricilər təşkilatların yalnız mövcud vəziyyətini göstərmir, eyni zamanda gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün də faydalı çərçivə yaradır.

 

Tədbirin yüksək səviyyədə və peşəkar şəkildə təşkil olunması, müxtəlif qurumların nümayəndələrinin bir araya gətirilməsi və beynəlxalq təcrübənin diqqət mərkəzində saxlanılması xüsusi qeyd olunmalıdır.

 

Bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, yüksək səviyyəli təşkilati yanaşmaya və yaradılan səmimi, peşəkar atmosferə görə təşəkkürümüzü bildiririk.

GEOLOGİYA İNSTİTUTU NÜMAYƏNDƏLƏRİ UI GREENMETRIC ÇƏRÇİVƏSİNDƏ KEÇIİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR
next
next