Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ

15 sentyabr – Bilik Günü münasibətilə Geologiya İnstitutunun əməkdaşlarının övladları üçün xüsusi görüş keçirilib.


Tədbir Geologiya İnstitutunun rəhbəri Elçin Vəliyevin təşəbbüsü ilə təşkil olunub. Görüş çərçivəsində əməkdaşların övladlarına yeni dərs ili münasibətilə hədiyyələr təqdim edilib.


Tədbirin yaddaqalan məqamlarından biri Geologiya İnstitutunun əməkdaşı, alim Şahvələd Köçərlinin “100 sual, 99 cavab” kitabının təqdimatı olub. Şahvələd Köçərlini kitabının nəşri münasibətilə təbrik edir, ona yeni yaradıcılıq və elmi uğurlar arzulayırıq.


Uşaqlar yalnız ailələrimizin deyil, bütövlükdə cəmiyyətimizin gələcəyidir. Onlarda kitaba, biliyə, elmə və düşünməyə marağın formalaşdırılması bu gün göstərilən diqqətin sabahkı nəticəsidir.


Elm hazır cavablardan deyil, doğru suallardan başlayır. Öyrənmək, düşünmək və axtarmaq bacarığı isə gələcəyin yaradıcı və məsuliyyətli insanlarını formalaşdırır.


Bir kitab, kiçik bir hədiyyə və səmimi bir görüş bəzən uşağın yaddaşında uzun illər qala bilər. Ən vacibi isə ona verilən mesajdır: öyrənmək gözəldir, sual vermək dəyərlidir, biliyə gedən yol isə heç vaxt bitmir.


Bu münasibətlə Geologiya İnstitutunun rəhbəri Elçin Vəliyev əməkdaşların övladlarını Bilik Günü münasibətilə təbrik edib, onlara sağlamlıq, təhsildə uğurlar və daim öyrənmək həvəsi arzulayıb.


Tədbirin təşkilində göstərdikləri əməkdaşlığa və səmimi dəstəyə görə “Ali və Nino” kitab evinə, xüsusilə Nigar xanım Köçərliyə və Qanun nəşriyyatı, Şahbaz bəy Xuduoğluna təşəkkür edirik.

BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
BİR KİTAB, BİR HƏDİYYƏ, BİR XOŞ XATİRƏ
next
next