Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ GEOLOGİYA İNSTİTUTUNDA İXTİSAS ÜZRƏ DOKTORANTURAYA QƏBUL İMTAHANLARI BAŞA ÇATMIŞDIR.
9 -10 sentyabr 2026-cı il tarixlərində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün ixtisas imtahanları keçirilmişdir.
İmtahanlarda Geologiya İnstitutunun doktoranturasına sənəd təqdim etmiş, “xarici dil” və “fəlsəfə” üzrə qəbul imtahanlarında müvafiq keçid balı toplamış 5 iddiaçı iştirak edib. Qəbul imtahanları 2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” , 2521 01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” və 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasları üzrə keçirilmişdir. İddiaçılar imtahanlarda yaxşı bilik səviyyəsi nümayiş etdiriblər.
İmtahanlar Geologiya institutu PHŞ-nin direktor v.i.e., direktor müavini t.e.d. E.F.Vəliyevin sədrliyi ilə keçirilib. Prosesin gedişatı Geologiya İnstitutunun elmi katibi, g.-m.e.n., dosent Y.N.Lətifova tərəfindən müşahidə olunub.