Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN KOLLEKTİVİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİ ZİYARƏT EDİB

Geologiya İnstitutunun əməkdaşları üçün işğaldan azad olunmuş ərazilərə iki günlük səfər təşkil olunub.

Səfər çərçivəsində əməkdaşlar Şuşa, Xankəndi, Laçın və Zəngilan şəhərlərində olublar. Ziyarət zamanı bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanışlıq, tarixi və mədəni məkanlara baxış keçirilib.

Şuşada Şuşa qalası, Cıdır düzü, Gövhər ağa məscidi və İsa bulağı, Xankəndidə Zəfər parkı və Zəfər tağı ziyarət olunub. Laçında Həkəri çayının ətrafı, Zəngilanda isə Ağalı kəndi ilə tanışlıq əməkdaşlarda böyük maraq və xoş təəssüratlar yaradıb.

Yeni yaradılmış Geologiya İnstitutunun fəaliyyətə başladığı dövrdə belə tədbirlər əməkdaşlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi, komanda ruhunun inkişafı və vahid kollektiv anlayışının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər zamanı institutun rəhbəri Elchin F. Veliyev, DSc əməkdaşlarla qeyri-rəsmi görüşlər keçirərək fikir mübadiləsi aparıb, onları maraqlandıran məsələləri dinləyib.

Bu təşəbbüsün həyata keçirilməsində göstərilən dəstəyə və təşkilati işlərə görə Həmkarlar İttifaqları Konfederasiyası-na təşəkkür edirik.

Geologiya İnstitutu olaraq Elm və Təhsil Nazirliyi - The Ministry of Science and Education və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (State Agency for Science and Higher Education) qarşıya qoyduğu elmi inkişaf prioritetlərinə uyğun olaraq ölkəmizin elmi potensialının gücləndirilməsi, əməkdaşlarımız arasında sağlam iş mühitinin formalaşdırılması və qarşıya qoyulan məqsədlərə birlikdə nail olmaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

next
next