Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 Jun 2026 Diqər xəbərlər Diqər xəbərlər

Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

ETN Geologiya İnstitutunda (Gİ) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. 


Əsasən İnstitut gənclərinin iştirak etdiyi toplantıda akademik Akif Əlizadə Azərbaycan xalqınının  nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində böhrandan xilas olduğunu müşahidələri və tarixi faktlar əsasında şərh edib. Alim əsası H.Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində apardığı uzaqgörən siyasətdən söz açıb,  ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Akademik Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldığını, iqtisadi tənəzzülə son qoyulduğunu, əmin-amanlığın təmin edildiğiyini vurğulayıb.


Sonra y.e.d., professor Qulam Babayev Milli Qurtuluş gününə həsr olunmuş təqdimatla çıxış edərək, Heydər Əliyevin Azərbaycan gənclərinin həyatında, elmi inkişafında fəaliyyətlərinin genişlənməsində böyük rolundan söz açıb: “Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununun mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyev zəkası elmi sahədə də özünü büruzə verdi. Heydər Əliyev gəncliyi ölkənin gələcək inkişafının əsas dinamik qüvvəsi kimi müəyyən etdi.Kadr hazırlığının gücləndirilməsi, rəqəmsal geologiya və süni intellekt, beynəlxalq əməkdaşlıq, elmi innovasiya və qrant fəaliyyəti, Gənc Alimlər Şurasının rolunun artırılması və prioritet elmi istiqamətlərin inkişafı əsas hədəf kimi təsdiqləndi.


Beləliklə, 2026–2035-ci illər ərzində həyata keçiriləcək bu strategiya nəticəsində Geologiya İnstitutunda beynəlxalq səviyyədə rəqabətqabiliyyətli gənc alimlər nəsli formalaşacaq, institutun elmi məhsuldarlığı artacaq, qrant və innovasiya fəaliyyətləri genişlənəcək, Azərbaycanın Yer elmləri üzrə aparıcı elmi mərkəz statusu daha da möhkəmlənəcək.


Sonra Geologiya İnstitutu direktorunun vəzifəsini icra edən texnika elmləri doktoru Elçin Vəliyev  Milli Qurtuluş Günü münasibətilə məruzə edib. Bildirib ki, Azərbaycan tarixində dövlətçiliyin xilası və inkişafı missiyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Amma bu səpkidə onun fəaliyyəti təkcə 1993-cü il hadisələri ilə yaddaqalan deyil. Strateji kadr hazırlığı və təhsil siyasəti, elmi və sənaye infrastrukturunun qurulması, 250-dən çox yeni iri sənaye müəssisəsinin yaradılması, “Əsrin müqaviləsi”, iqtisadi sıçrayış və i.a.


Elçin Vəliyev sözünün davamında vurğulayıb ki, tarixdən də bildiyimiz kimi, hadisələrin gedişatını sadəcə kütlə deyil, doğru zamanda doğru, cəsarətli qərarlar sahibi olan böyük liderlər müəyyən edir.


Natiq dünyaca məşhur şəxsləri - Abraham Linkolnu, Mustafa Kamal Atatürkü, Li Kuan Yunu bariz nümunə kimi xatırladaraq bildirib: “Heydər Əliyevin dövlətçilik fəaliyyətindən çıxarmalı olduğumuz ən böyük dərs budur: böyük və davamlı nəticələr təsadüfən deyil, yalnız uzaqgörənlik, kadr hazırlığı, elmə, təhsilə verilən dəyər və ən çətin anlarda məsuliyyət götürmək bacarığı ilə əldə edilir “.


Tədbirdə gənclərin mülahizələri dinlənilib, suallar cavablandırılıb.

Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Gİ-də MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
next
next